Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiya taxılının Afrikaya çatdırılması ilə bağlı məsələnin həllinə ümidvardır

© AFP 2023 / OZAN KOSEQuru yük gəmisi, arxiv
Quru yük gəmisi, arxiv - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Abunə olmaq
Diplomatik mənbə bildirib ki, məsələ Rəcəb Tayyib Ərdoğanın şəxsi nəzarətindədir və müvafiq strukturlar arasında koordinasiya var.
BAKI, 20 noyabr - Sputnik. Türkiyə Rusiya taxılının emalı və ehtiyacı olan Afrika ölkələrinə çatdırılması layihəsi ilə bağlı məsələlərin ilin sonuna kimi həll olunacağını gözləyir. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
Rusiya prezidenti Vladimir Putin iyul ayında keçirilən Rusiya-Afrika sammitində Rusiyanın Ümumdünya Ərzaq Proqramı siyahısında olan altı Afrika ölkəsinə humanitar yardım olaraq pulsuz taxıl göndərmək niyyətini açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara bu təşəbbüsü dəstəkləyir və Qətərlə birlikdə Rusiya taxılının emalı və ehtiyacı olan ölkələrə çatdırılmasını asanlaşdıracaq.
© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (solda) görüş zamanı, arxiv
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (слева) во время встречи - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (solda) görüş zamanı, arxiv
Daha əvvəl Rusiya Federasiyasının Kənd Təsərrüfatı naziri Dmitri Patruşev bildirib ki, Somali və Burkina Faso üçün buğda daşıyan ilk iki gəmi Rusiyanı tərk edib.

“Layihə cənab prezidentin (Tayyib Ərdoğan) şəxsi nəzarətindədir, müvafiq strukturlar arasında koordinasiya var. Biz gözləyirik ki, ilin sonuna kimi biz (Rusiya taxılının) emalı və tədarükü ilə bağlı məsələləri başa çatdıracağıq”, - deyə agentliyin həmsöhbəti bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0