https://sputnik.az/20231118/rusiya-qezza-zolagina-humanitar-yardim-gonderib-460671155.html
Rusiya Qəzza zolağına humanitar yardım göndərib
Rusiya Qəzza zolağına humanitar yardım göndərib
Sputnik Azərbaycan
Rusiya FHN-inin xüsusi reysi Qəzza zolağına daha 30 ton humanitar yardım çatdıracaq. 18.11.2023, Sputnik Azərbaycan
2023-11-18T20:23+0400
2023-11-18T20:23+0400
2023-11-18T20:23+0400
qəzza
rusiya
fhn
rusiya fhn
fələstin
qızıl aypara
dmitri peskov
israil
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/12/460670986_0:67:1280:787_1920x0_80_0_0_fb1683f51cb5c34a33732e9babe3f3bc.jpg
BAKI, 18 noyabr - Sputnik. Rusiya Qəzza zolağının dinc əhalisi üçün əlavə 30 ton humanitar yardım göndərəcək. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) "Telegram" kanalı məlumat yayıb. Rusiya Prezidenti Vladimir Putin və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə "İl-76" xüsusi reysi artıq Qroznı hava limanından Misirin El-Ariş şəhərinə uçub. Humanitar yardım Misir Qızıl Aypara Cəmiyyətinə (QAC) veriləcək və onlar da öz növbəsində onu keçid məntəqəsindən Qəzza zolağına çatdıracaqlar. Məlumdur ki, Rusiyanın 30 tonluq humanitar yardımına şəxsi gigiyena vasitələri, yastıqlar, döşəklər, həmçinin qida və uşaq qidaları daxildir. "KP.RU" yazıb ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov anklava humanitar yüklərin çatdırılması üçün İsrail və Fələstinlə əlaqələrin davam etdiyini açıqlayıb. Xatırladaq ki, noyabrın 12-də Rusiya FHN Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsinə başlandığını elan edib. Noyabrın 17-nə olan məlumata görə, Fələstin-İsrail münaqişəsi zonasından 500-dən çox rusiyalı xilas edilib, onlardan 288-i artıq öz vətənlərinə qayıdıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/12/460670986_72:0:1209:853_1920x0_80_0_0_12aeb3220c56cf9e9318fc65bf47ed25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəzza, fhn, rusiya fhn, fələstin, qızıl aypara, dmitri peskov, israil
qəzza, fhn, rusiya fhn, fələstin, qızıl aypara, dmitri peskov, israil
Rusiya Qəzza zolağına humanitar yardım göndərib
Rusiya FHN-inin xüsusi reysi Qəzza zolağına daha 30 ton humanitar yardım çatdıracaq.
BAKI, 18 noyabr - Sputnik. Rusiya Qəzza zolağının dinc əhalisi üçün əlavə 30 ton humanitar yardım göndərəcək.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) "Telegram" kanalı məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə "İl-76" xüsusi reysi artıq Qroznı hava limanından Misirin El-Ariş şəhərinə uçub. Humanitar yardım Misir Qızıl Aypara Cəmiyyətinə (QAC) veriləcək və onlar da öz növbəsində onu keçid məntəqəsindən Qəzza zolağına çatdıracaqlar.
Məlumdur ki, Rusiyanın 30 tonluq humanitar yardımına şəxsi gigiyena vasitələri, yastıqlar, döşəklər, həmçinin qida və uşaq qidaları daxildir.
"KP.RU" yazıb ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov anklava humanitar yüklərin çatdırılması üçün İsrail və Fələstinlə əlaqələrin davam etdiyini açıqlayıb.
Xatırladaq ki, noyabrın 12-də Rusiya FHN Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsinə başlandığını elan edib. Noyabrın 17-nə olan məlumata görə, Fələstin-İsrail münaqişəsi zonasından 500-dən çox rusiyalı xilas edilib, onlardan 288-i artıq öz vətənlərinə qayıdıb.