Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Daha bir prospektdə dəyişiklik - Cərimələnə bilərsiniz

© Sputnik / Irade JELILZiya Bünyadov prospekti
Ziya Bünyadov prospekti - Sputnik Azərbaycan, 1920, 18.11.2023
Abunə olmaq
Qeyd olunan yol sahəsində hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
BAKI, 18 noyabr — Sputnik. Bakıda daha bir prospektdə sürət həddi aşağı salınıb. Azərbaycan Yersüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 15 noyabr tarixindən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Qeyd olunan yol sahəsində hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
Xatırladaq ki, bundan əvvəl Bakının Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilmişdi.
Məlumat üçün onu da bildirək ki, Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb.
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmışdı. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0