Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya “Avropaya pəncərə”ni bağlamayacaq, baxmayaraq ki, oradan “yel əsir” - Putin

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin , arxiv
Rusiya prezidenti Vladimir Putin , arxiv - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
RF lideri Rusiyanın Avropa cəmiyyəti ilə heç bir münaqişəsinin olmadığını, yalnız Avropa elitaları ilə çətinliklərin olduğunu dilə gətirib.
BAKI, 17 noyabr - Sputnik. Rusiya “Avropaya pəncərə”ni bağlamaq fikrində deyil, baxmayaraq ki, “külək əsəndə” nəyisə “örtməyin” mümkünlüyü barədə fikirlər doğur. TASS xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu - Birləşmiş Mədəniyyətlər Forumunda deyib.

"Küləkli olanda düşünürsən ki, üşüməmək üçün onu örtməlisən. Amma bildiyiniz kimi, bizdə hava yaxşıdır", - deyə Putin zarafat edib.

RF lideri Avropa ölkələrindən fərqli olaraq Rusiya iqtisadiyyatının artımını xatırladıb.
"Biz heç nəyi bağlamırıq - bizim Avropa cəmiyyəti ilə heç bir münaqişəmiz yoxdur. Avropa elitaları ilə çətin günlər keçiririk", - deyə Rusiya prezidenti vurğulayıb.
V.Putinin sözlərinə görə, ilin sonuna qədər Rusiyada iqtisadi artım 3%-dən çox olacaq, Avropa ölkələrindən fərqli olaraq ölkə iqtisadiyyatında “hava” yaxşıdır:
"Dünən baş nazir qürurla hesabat verdi: son bir ayda iqtisadi artım 5,5% olub."
"Biz bunu hər zaman diqqətlə deyirdik: 2,7, 2,5, 2,8 olacaq. İndi biz əminliklə deyirik: 3%-dən çox olacaq. İndi isə bunun Avropa ölkələrində necə olduğunu danışmayacağam ki, təkəbbür, öyünməyə bənzəməsin”, - deyə RF lideri qeyd edib.
RF lideri bildirib ki, Avropa ölkələrinin elitası tamamilə ABŞ-dan asılı vəziyyətə düşdü və öz dövlətlərinin və xalqlarının maraqlarını qorumaq imkanlarını itirib.
Putinin sözlərinə görə, Avropa elitaları “milli kimlik hissini itirib” və onun fikrincə, “ölkələrdən, ilk növbədə Şimali Amerikadan o qədər asılı olublar ki, bu da onlara xalqının seçdiyi əsas şeyi - öz ölkələrinin və xalqlarının mənafeyini qorumağa həyata keçirmək imkanı vermir ”.
“Bu, Avropanın indiki faciəsidir”, - deyə Putin əminlilə bildirib.

“Buna necə baxmaq olar ki, ABŞ-da Avropadan bütün nəhəng müəssisələri və demək olar ki, sənayeləri cəlb edən qanunlar qəbul edilir. Bununla necə razılaşmaq olar? Avropalı həmkarlarım, bir qayda olaraq, bununla razılaşırlar, amma hamısı deyil. Razılaşmayanlar, yumşaq desək, hansısa ümumi xəttə əməl etmədikləri üçün tənqidlərə məruz qalırlar", - deyə Rusiya Federasiyasının Prezidenti qeyd edib.

IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu - Birləşmiş Mədəniyyətlər Forumu noyabrın 16-dan 18-dək keçirilir. Tədbir Rusiya Federasiyasının hökuməti və Mədəniyyət Nazirliyi, Sankt-Peterburqun hakimiyyət orqanları və Dövlət Ermitajı tərəfindən təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0