Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda bəzi binalar niyə istiliksiz qalıb? Rəsmi açqılama

© Sputnik / Murad Orujovİstilik sistemi, arxiv şəkli
İstilik sistemi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
Elvin Basqallı bildirib ki, respublika üzrə 3863 yaşayış binası, 184 min mənzil, 285 məktəb, çox sayda uşaq bağçası, 151 səhiyyə müəssisəsi, 250-ə yaxın digər təsərrüfat subyektləri mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir.
BAKI, 17 noyabr — Sputnik. Bakı şəhərində və digər rayonlarda payız-qış mövsümü ilə əlaqədar noyabr ayının 15-dən istiliyin verilməsinə başlanılsa da, hələ də paytaxtda əksər binalar istiliksiz qalıb. Bu barədə Sputnik Azərbaycan-ın redaksiyasına Bakı sakinləri şikayətlərində bildiriblər.
Paytaxt sakini Elmir Muradov Sputnik Azərbaycan-a bildirib ki, istiliyin verilməsindən üç gün keçməsinə baxmayaraq, hələ də onun yaşadığı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 40 nömrəli binanın yuxarı mərtəbələrinə istilik verilmir.
Şikayətçi bildirib ki, yaşadıqları binada ancaq birinci mərtəbədəki qeyri-yaşayış obyektləri istilik alır.

"Binamızdakı mənzillərə hələ də istilik verilmədiyi halda, binanın birinci mərtəbəsindəki obyektlərə artıq istiliyin verilməsinə başlanılıb. Maraqlanıram ki, bu necə olub, deyirlər ki, "Azəristiliyin" əməkdaşları gəlib həll ediblər. Deməli, istiliyin vaxtında və keyfiyyətli verilməsi üçün gərək obyektin olsun?! Belə görürəm ki, "Azəristiliktəchizat" ASC-də rəhbərlik dəyişsə də, iş üslubu hələ də dəyişməyib. Yəni, "adamın" olmadısa, qışda soyuqdan donmalısan", - deyə E. Muradov bildirib.

Digər şikayətçi Vüsal Azayev də Sputnik Azərbaycan-a açıqlamasında binalara istiliyin verilməsində problemin olduğunu söyləyib. Bildirib ki, onun yaşadığı, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 51 nömrəli binada da istilik tam verilməyib. Belə ki, otaqlardakı qızdırıcı batareyaların bəzilərinə istilik gəlmir.
Sputnik Azərbaycan problemlə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər bir binanın birinci mərtəbəsi istiliklə təmin olunursa, yuxarı mərtəbələrə istilik çatmırsa, deməli sistemdə hava qalıb.
O bildirib ki, istilik təminatında bu problemlə qarşılaşan abonentlər "Azəristiliktəchizat" ASC-nin əməkdaşlarına müraciət edərək problemi aradan qaldıra bilərlər. Xidmət rəisi həmçinin qeyd edib ki, qızdırıcı cihazların bir hissəsinə istiliyin gəlib, digər hissəsinə gəlməməsi də texniki problemdir.
© Photo : AZƏRTAC"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev
Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev - Sputnik Azərbaycan, 1920, 17.11.2023
"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev

"Bunun üçün abonentlər "Azəristiliktəchizat" ASC-nin Çağrı mərkəzinə - 956 nömrəsinə zəng edərək şikayətləri, ünvanları barədə məlumat verməlidirlər. Bu şikayətlər dərhal qeydiyyata götürülür, abonentlə əlaqə saxlanılaraq mənzilə baxış keçirilərək texniki problem aradan qaldırılır", - deyə Xidmət rəisi bildirib.

R.Əliyev onu da qeyd edib ki, hazırda Bakı şəhəri üzrə 3175 bina istiliklə təmin edilir.
Qurumun mətbuat xidmətinin rəhbəri Elvin Basqallı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, noyabrın 1-dən etibarən ölkə üzrə 9 dağ rayonuna (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) istiliyin verilməsinə başlanılıb.
O, sözügedən rayonlara növbəti ilin may ayının 1-nə qədər istilik verilməsinin davam etdiriləcəyini söyləyib. Bildirib ki, 15 noyabr tarixindən isə respublika üzrə istiliyin verilməsinə başlanılıb.
E.Basqallı onu da bildirib ki, respublika üzrə 3863 yaşayış binası, 184 min mənzil, 285 məktəb, çox sayda uşaq bağçası, 151 səhiyyə müəssisəsi, 250-ə yaxın digər təsərrüfat subyektləri mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0