Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şarl de Qollun nəvəsi Rusiya vətəndaşlığını almaq planlarını açıqlayıb

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidPyer de Qoll
Pyer de Qoll  - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Abunə olmaq
Pyer de Qoll "Rusiya vətəndaşlığını almaqdan şərəf duyardım" deyə bildirib.
BAKI, 16 noyabr — Sputnik. Beşinci Fransa Respublikasının banisi, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığını almağı planlaşdırır.
Bu barədə o, Sankt-Peterburqda Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində "TASS"a bildirib.
"Rusiya vətəndaşlığını almaqdan şərəf duyardım", – deyə o, bildirib.
Bundan əvvəl Pyer de Qoll Rusiyanın Fransa və digər Qərb ölkələri üçün əhəmiyyətindən danışıb. Onun fikrincə, Rusiya Qərbin özündə onlardan imtina edildikdən sonra Qərb ənənələrinin qoruyucusu olaraq qalır.
Qeyd edək ki, Pyer de Qoll fevral ayında Volqoqradda Stalinqrad döyüşündəki Qələbənin 80 illiyi ilə bağlı keçirilən şənliklərdə də iştirak edib.
Xəbər lenti
0