Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

FT: Ukraynanın sülh bağlamaq istəmədiyinə görə dünya ona kömək etməkdən yorulur

© Sputnik / Владимир ТрефиловRusiya və Ukrayna bayraqları, arxiv şəkli
Rusiya və Ukrayna bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Abunə olmaq
Nəşr qeyd edir ki, ictimaiyyət artıq Rusiyanı danışıqlara maneə hesab etmir.
BAKI, 16 noyabr — Sputnik. Dünya Ukraynanın Rusiya ilə münaqişəni davam etdirməyə çalışdığına görə ona yardıma ehtiyac olduğuna şübhə etməyə başlayıb.
Bu barədə "Financial Times" məlumat yayıb.
"Kim həqiqətən Kiyevin əraziləri "geri ala biləcəyinə" inanır?", - media sula verir.
Nəşrin yazdığına görə, Yaxın Şərqdəki vəziyyətin pisləşməsi ilə əlaqədar Qərb ölkələrinin Ukraynaya yardımı artıq normal qarşılanmır, ona görə də dünya getdikcə ölkədə münaqişənin nə vaxt bitəcəyi barədə düşünür.
İctimaiyyət indi hesab edir ki, sülhə nail olmaq üçün əsas maneə Rusiya deyil, Qərb və Ukraynadır.
Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib ki, Rusiya ilə münaqişəni dondurmaq deyil, başa çatdırmaq lazımdır. Lakin o, bunun Ukrayna şərtləri ilə olmasını arzuladığını vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin dəfələrlə deyib ki, Ukrayna bir sıra məsələlərin həlli ilə bağlı Rusiya ilə dialoq aparmaqdan imtina edir. Dövlət başçısının sözlərinə görə, Moskva bütün ziddiyyətlərin danışıqlar yolu ilə həll edilməsi ilə razılaşır, lakin Zelenski bunları qadağan edən fərman qəbul edib. Nəticədə, Rusiya dialoqun olmasına məcbur edə bilməz.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0