https://sputnik.az/20231116/ak-2023-cu-ilde-rusiyanin-udm-dinamikasi-proqnozunu-keskin-sekilde-yaxsilasdirib-460589200.html
AK 2023-cü ildə Rusiyanın ÜDM dinamikası proqnozunu kəskin şəkildə yaxşılaşdırıb
AK 2023-cü ildə Rusiyanın ÜDM dinamikası proqnozunu kəskin şəkildə yaxşılaşdırıb
Sputnik Azərbaycan
AK qeyd edib ki, iqtisadiyyatın sabitləşməsinə dövlətin sosial proqramları, investisiyaların artırılması və idxalın genişlənməsi təsir edib. Bundan əlavə... 16.11.2023, Sputnik Azərbaycan
2023-11-16T09:03+0400
2023-11-16T09:03+0400
2023-11-16T10:19+0400
üdm
rusiya
avropa komissiyası
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460595148_0:124:3189:1918_1920x0_80_0_0_ee8116bcbb22134507ed85c4f6448461.jpg
BAKI, 16 noyabr — Sputnik. Avropa Komissiyası 2023-cü ildə Rusiyanın ÜDM dinamikası ilə bağlı proqnozunu kəskin şəkildə yaxşılaşdıraraq 2%-ə çatdırıb. Bu barədə AK-nin rəsmi saytında dərc olunmuş sənəddə bildirilib. Təşkilatın proqnozlarına görə, növbəti iki il ərzində ölkənin ÜDM-i ildə daha 1,6% artacaq. AK qeyd edib ki, iqtisadiyyatın sabitləşməsinə dövlətin sosial proqramları, investisiyaların artırılması və idxalın genişlənməsi təsir edib. Bundan əlavə, ölkə bəzi ticarət sanksiyalarından yan keçməyin yolunu tapıb. Təşkilat, həmçinin inflyasiya ilə bağlı təkmilləşdirilmiş proqnoz verib. Hazırda AK onun səviyyəsinin 6%, 2025-ci ilə qədər isə 4% olacağını gözləyir. Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl bəyan etmişdi ki, Rusiyanın ÜDM-i 0,9% azalacaq, illik artım isə 1,3%-i keçməyəcək. Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin sonunda AK Ukraynanın ümumi daxili məhsulunda 29,1% azalma qeydə alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460595148_458:0:3189:2048_1920x0_80_0_0_61d1be784a7e66119c7b2103206e934f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
üdm, avropa komissiyası, ukrayna
üdm, avropa komissiyası, ukrayna
AK 2023-cü ildə Rusiyanın ÜDM dinamikası proqnozunu kəskin şəkildə yaxşılaşdırıb
09:03 16.11.2023 (Yenilənib: 10:19 16.11.2023) AK qeyd edib ki, iqtisadiyyatın sabitləşməsinə dövlətin sosial proqramları, investisiyaların artırılması və idxalın genişlənməsi təsir edib. Bundan əlavə, Rusiya bəzi ticarət sanksiyalarından yan keçməyin yolunu tapıb.
BAKI, 16 noyabr — Sputnik. Avropa Komissiyası 2023-cü ildə Rusiyanın ÜDM dinamikası ilə bağlı proqnozunu kəskin şəkildə yaxşılaşdıraraq 2%-ə çatdırıb.
Bu barədə AK-nin rəsmi saytında dərc olunmuş sənəddə bildirilib.
Təşkilatın proqnozlarına görə, növbəti iki il ərzində ölkənin ÜDM-i ildə daha 1,6% artacaq. AK qeyd edib ki, iqtisadiyyatın sabitləşməsinə dövlətin sosial proqramları, investisiyaların artırılması və idxalın genişlənməsi təsir edib. Bundan əlavə, ölkə bəzi ticarət sanksiyalarından yan keçməyin yolunu tapıb.
Təşkilat, həmçinin inflyasiya ilə bağlı təkmilləşdirilmiş proqnoz verib. Hazırda AK onun səviyyəsinin 6%, 2025-ci ilə qədər isə 4% olacağını gözləyir. Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl bəyan etmişdi ki, Rusiyanın ÜDM-i 0,9% azalacaq, illik artım isə 1,3%-i keçməyəcək.
Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin sonunda AK Ukraynanın ümumi daxili məhsulunda 29,1% azalma qeydə alıb.