Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Gənclik" metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

© Sputnik / Murad OrujovBakı metrosu, arxiv şəkli
Bakı metrosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
Oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
BAKI, 15 noyabr — Sputnik. Sabah Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakının "Gənclik" metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edilib ki, azarkeşlərin Tofiq Bəhramov adına Respublika stadionun gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək. Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.
Xəbər lenti
0