https://sputnik.az/20231115/a-daxilinde-ticaretin-hecmi-9-artib---rusiyali-nazir-muavini-460583661.html
Aİİ daxilində ticarətin həcmi 9% artıb - Rusiyalı nazir müavini
Aİİ daxilində ticarətin həcmi 9% artıb - Rusiyalı nazir müavini
Sputnik Azərbaycan
Rusiya iqtisadi inkişaf nazirinin müavini bildirib ki, hazırda Aİİ çərçivəsində bütün mal ticarətinin 90%-dən çoxuna xidmət milli valyutalarda həyata... 15.11.2023, Sputnik Azərbaycan
2023-11-15T17:00+0400
2023-11-15T17:00+0400
2023-11-15T17:00+0400
rusiya
avrasiya iqtisadi ittifaqı
aii
belarus
https://cdnn1.img.sputnik.az/img/07e5/07/17/427531436_0:0:3072:1728_1920x0_80_0_0_c3fc1a402e7e40676739661a95269c32.jpg
BAKI, 15 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı ticarətin həcmi 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9% artaraq 4,5 trilyon rubla çatıb. Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç Avrasiya Biznes Forumunda bildirib. Bundan əlavə, Volvaç bildirib ki, Rusiya və Belarusa qarşı sanksiyalar təzyiqinə baxmayaraq, ittifaq ölkələrinin ÜDM-i bu ilin 9 ayı ərzində 3% artıb. O qeyd edib ki, bəzi inkişaf etmiş ölkələr üçün belə rəqəmlər artıq əlçatmazdır. Rusiya iqtisadi inkişaf nazirinin müavini bildirib ki, hazırda Aİİ çərçivəsində bütün mal ticarətinin 90%-dən çoxuna xidmət milli valyutalarda həyata keçirilir. Hazırda Aİİ beş dövlətdən ibarətdir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/17/427531436_343:0:3072:2047_1920x0_80_0_0_4ad6e4586375059e890340a0bcd28e9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avrasiya iqtisadi ittifaqı, aii, belarus
avrasiya iqtisadi ittifaqı, aii, belarus
Aİİ daxilində ticarətin həcmi 9% artıb - Rusiyalı nazir müavini
Rusiya iqtisadi inkişaf nazirinin müavini bildirib ki, hazırda Aİİ çərçivəsində bütün mal ticarətinin 90%-dən çoxuna xidmət milli valyutalarda həyata keçirilir.
BAKI, 15 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı ticarətin həcmi 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9% artaraq 4,5 trilyon rubla çatıb. Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç Avrasiya Biznes Forumunda bildirib.
Bundan əlavə, Volvaç bildirib ki, Rusiya və Belarusa qarşı sanksiyalar təzyiqinə baxmayaraq, ittifaq ölkələrinin ÜDM-i bu ilin 9 ayı ərzində 3% artıb. O qeyd edib ki, bəzi inkişaf etmiş ölkələr üçün belə rəqəmlər artıq əlçatmazdır.
Rusiya iqtisadi inkişaf nazirinin müavini bildirib ki, hazırda Aİİ çərçivəsində bütün mal ticarətinin 90%-dən çoxuna xidmət milli valyutalarda həyata keçirilir.
Hazırda Aİİ beş dövlətdən ibarətdir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan.