Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya, Xüsusi Hərbi Əməliyyat şəraitində xaricə silah satışını artırmağa çalışmır

© Sputnik / Григорий Сысоев / Mediabanka keçid"Rosoboronexport"un baş direktoru Aleksandr Mixeyev
Rosoboronexportun baş direktoru Aleksandr Mixeyev  - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Son illərdə "Rosoboroneksport" ildə, təxminən 13 milyard dollarlıq satış həcmi ilə silah ixracatında ardıcıl olaraq dünyada ikinci yeri tutur.
BAKI, 14 noyabr — Sputnik. Rusiya Federasiyası Xüsusi Hərbi Əməliyyat şəraitində xaricə silah satışını artırmağa çalışmır, lakin gələcəkdə yerli müəssisələri ixrac müqavilələri ilə yükləməyə çalışır.
Bunu "Rosoboronexport"un baş direktoru Aleksandr Mixeyev "RİA Novosti"yə "Dubay Airshow 2023" aviasalonu zamanı bildirib.
Son illərdə "Rosoboroneksport" ildə, təxminən 13 milyard dollarlıq satış həcmi ilə silah ixracatında ardıcıl olaraq dünyada ikinci yeri tutur.

"Xüsusi hərbi əməliyyat keçirilən şəraitdə və Rusiya hərbi-sənaye kompleksinin əsas vəzifəsi olan Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməkdən çıxış edərək, dünya bazarında yer uğrunda rəqabətdən və Rusiya məhsullarının ixracının həcmini artırmaq istəyindən danışmağın vaxtı deyil", - deyə Mixeyev bildirib.

Bununla yanaşı, "Rosoboronexport"un baş direktoru qeyd edib ki, bu gün Rusiya xüsusi ixracatçısı gələcəkdə ölkə müdafiə müəssisələrinin yüklənməsini təmin edir.
Bundan əlavə, şirkət xarici ölkələrdə birgə müəssisələrin fəaliyyətə başlamasından sonra dividend gətirəcək texnoloji müqavilələr portfelinin formalaşdırılması üzərində intensiv işləyir", - deyə Mixeyev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0