Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Xarici İşlər Nazirliyi: Moskva Qəzzadan həmvətənlərini təxliyə etməyə davam edəcək

© Sputnik / Максим БлиновRusiya Xarici İşlər Nazirliyi, arxiv
Rusiya Xarici İşlər Nazirliyi, arxiv - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Rusiya tərəfi göstərilən köməyə görə Misir, İsrail, Fələstin və Qətərdən olan tərəfdaşlarına minnətdardır.
BAKI, 14 noyabr — Sputnik. Rusiya Qəzza zolağından öz vətəndaşlarını təxliyə etməyə davam edəcək. Noyabrın 13-də yüzə yaxın rusiyalı və onların ailə üzvləri Rəfah keçid məntəqəsini keçib, hazırda Qahirədədirlər və Fövqəladə Nazirliyinin xüsusi reysi ilə Moskvaya uçmağa hazırlaşırlar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, davam edən hərbi əməliyyatlar və keçid məntəqəsinin özünün məhdud imkanları səbəbindən sərhəd-keçid məntəqəsi ətrafında vəziyyət son dərəcə ağır olaraq qalır.

"Rusiya tərəfi göstərilən köməyə görə Misir, İsrail, Fələstin və Qətərdən olan tərəfdaşlarına minnətdardır. Rusiya Xarici İşlər Nazirliyi kömək istəyən vətəndaşların münaqişə zonasını tez bir zamanda tərk etmələri üçün bütün lazımi səyləri göstərir", - deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0