Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Polşa tanklarının şərqə yerləşdirilməsini gərginliyin artması adlandırıb

© Sputnik / Valeriy Sharifulin / Mediabanka keçidRusiya liderinin mətbuat katibi Dmitri Peskov
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Bu yaxınlarda Varşava yeni tank batalyonunun yaradıldığını elan edib.
BAKI, 14 noyabr — Sputnik. Varşavanın şərqdə yeni tank batalyonu yerləşdirilməsi planları gərginliyin artması istiqamətində atılan növbəti addım olub.
Bunu noyabrın 13-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Gərginliyi artırmaq üçün daha bir addım, başqa heç nə. Belarus dostlarımız nə etməli olduqlarını bilirlər, onlar bu vəziyyətdə təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyi edirlər", - deyə Kremlin nümayəndəsi bildirib.
Xatırladaq ki, ötən bazar günü, noyabrın 12-də Varşava respublikanın şərqində yeni tank batalyonunun yaradıldığını elan edib. Polşa Müdafiə Nazirliyi onun Belarusla sərhəd yaxınlığındakı Çartayev yaşayış məntəqəsində yerləşdiriləcəyini bildirib.
Xəbər lenti
0