https://sputnik.az/20231114/pasinyanin-qerari-revanin-qerbe-uz-tutdugunu-numayis-etdirir---herbi-ekspert-460550139.html
Paşinyanın qərarı İrəvanın Qərbə üz tutduğunu nümayiş etdirir - hərbi ekspert
Paşinyanın qərarı İrəvanın Qərbə üz tutduğunu nümayiş etdirir - hərbi ekspert
Sputnik Azərbaycan
Korotçenkonun sözlərinə görə, Paşinyan Ermənistanda Rusiya hərbi bazasının xarici hərbi kontingentlə, yəni Fransa ilə əvəzlənməsinin məqsədəuyğunluğu... 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T18:44+0400
2023-11-14T18:44+0400
2023-11-14T18:44+0400
qərb
rusiya
iqor korotçenko
nikol paşinyan
ktmt
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458620838_0:0:1280:721_1920x0_80_0_0_e51309716a7b0539a4769b1de63d966b.jpg
BAKI, 14 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Minsk sammitində iştirakdan imtinası İrəvanın Qərbə üz tutduğunu, KTMT ölkələri ilə müttəfiqlik münasibətlərini pozmaq kursunu nümayiş etdirir və gələcəkdə Rusiya hərbi bazasının mövcudluğunu şübhə altına ala bilər. Bu barədə RİA Novosti-yə hərbi analitik, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib. Nümunə kimi o, bir gün əvvəl Fransa istehsalı olan zirehli texnikanın böyük partiyasının Ermənistan ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərləri göstərib. Bundan əlavə, Fransadan üç zenit-raket kompleksinin alınması üçün müqavilə elan edilmişdi. Korotçenkonun sözlərinə görə, Paşinyan Ermənistanda Rusiya hərbi bazasının xarici hərbi kontingentlə, yəni Fransa ilə əvəzlənməsinin məqsədəuyğunluğu məsələsini də qaldıra bilər. O xatırladıb ki, son bir ildə İrəvan Parislə həm hərbi-texniki əməkdaşlıq sahəsində, həm də təhlükəsizlik məsələləri üzrə dialoqda sıx əlaqələri inkişaf etdirib və inkişaf etdirməkdə davam edir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231114/kremlden-pasinyanin-ktmt-sammitinde-istirakdan-imtina-etmesine-munasibet-460538570.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458620838_0:0:1218:913_1920x0_80_0_0_46efd4466083aa369063c8c5bac13c19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qərb, iqor korotçenko, nikol paşinyan, ktmt
qərb, iqor korotçenko, nikol paşinyan, ktmt
Paşinyanın qərarı İrəvanın Qərbə üz tutduğunu nümayiş etdirir - hərbi ekspert
Korotçenkonun sözlərinə görə, Paşinyan Ermənistanda Rusiya hərbi bazasının xarici hərbi kontingentlə, yəni Fransa ilə əvəzlənməsinin məqsədəuyğunluğu məsələsini də qaldıra bilər.
BAKI, 14 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Minsk sammitində iştirakdan imtinası İrəvanın Qərbə üz tutduğunu, KTMT ölkələri ilə müttəfiqlik münasibətlərini pozmaq kursunu nümayiş etdirir və gələcəkdə Rusiya hərbi bazasının mövcudluğunu şübhə altına ala bilər. Bu barədə RİA Novosti-yə hərbi analitik, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.
"Ermənistanın baş nazirinin KTMT-nin Minsk sammitində iştirakdan imtina etməsi, şübhəsiz ki, anti-Rusiya qərarıdır. Bu, İrəvanın gələcəkdə qoşulmamaq statusu almaq və KTMT-yə üzv ölkələrlə müttəfiqlik münasibətlərini kəsmək niyyətini nümayiş etdirir. Paşinyanın qərarı Ermənistanın Qərbə aktiv şəkildə üz tutması və NATO ölkələrindən irimiqyaslı silahlar almağa başlaması fonunda həyata keçirilir", - Korotçenko bildirib.
Nümunə kimi o, bir gün əvvəl Fransa istehsalı olan zirehli texnikanın böyük partiyasının Ermənistan ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərləri göstərib. Bundan əlavə, Fransadan üç zenit-raket kompleksinin alınması üçün müqavilə elan edilmişdi.
"Nəzərə alsaq ki, hava hücumundan müdafiə sistemləri ən azı KTMT standartlarına uyğun gəlmir, bu addım Ermənistanın hazırkı rəhbərliyinin seçilmiş maraq vektorunu açıq şəkildə göstərir. Ümumiyyətlə, KTMT sammitindən imtina Moskva üçün açıq siqnaldır. Moskva Ermənistanın yaxın gələcəkdə Moskva ilə İrəvan arasında müttəfiq qarşılıqlı fəaliyyətinə təsir göstərə biləcək növbəti qərarlarına hazır olmalıdır", - ekspert qeyd edib.
Korotçenkonun sözlərinə görə, Paşinyan Ermənistanda Rusiya hərbi bazasının xarici hərbi kontingentlə, yəni Fransa ilə əvəzlənməsinin məqsədəuyğunluğu məsələsini də qaldıra bilər.
O xatırladıb ki, son bir ildə İrəvan Parislə həm hərbi-texniki əməkdaşlıq sahəsində, həm də təhlükəsizlik məsələləri üzrə dialoqda sıx əlaqələri inkişaf etdirib və inkişaf etdirməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.