https://sputnik.az/20231114/nato-bas-katibinin-komekcisi-etiraf-edib-ki-ukraynaya-komek-etmek-getdikce-cetinlesir-460532377.html
NATO baş katibinin köməkçisi etiraf edib ki, Ukraynaya kömək etmək getdikcə çətinləşir
NATO baş katibinin köməkçisi etiraf edib ki, Ukraynaya kömək etmək getdikcə çətinləşir
Sputnik Azərbaycan
NATO baş katibinin köməkçisi Devid van Vil bildirib ki, NATO ölkələri ümumilikdə Ukraynaya kifayət qədər yardım edirlər. 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T13:48+0400
2023-11-14T13:48+0400
2023-11-14T13:48+0400
nato
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
yaponiya
ukrayna
yardım
https://cdnn1.img.sputnik.az/img/40616/60/406166049_0:0:4256:2395_1920x0_80_0_0_86fc8dc0237c4e566890cb32d26bea07.jpg
BAKI, 14 noyabr — Sputnik. Ukraynada hərbi əməliyyatlar nə qədər uzun sürərsə, ittifaq ölkələrinin Kiyevə yardım göstərməsi bir o qədər çətinləşir. Lakin heç bir halda bu yardım dayandırılmamalıdır. Bunu NATO baş katibinin köməkçisi Devid van Vil Yaponiyanın "Asahi" qəzetinə müsahibəsində bildirib. "Ukrayna özünün azadlığı üçün, eyni zamanda bizim üçün də mübarizə aparır. Əgər yardım yorğunluğu yaranarsa, bu, beynəlxalq təhlükəsizliyə zərbə olacaq... Müharibə nə qədər uzun sürərsə, yardım göstərmək bir o qədər çətinləşir, lakin döyüşən ukraynalılar üçün vəziyyət yalnız silah və pulla kömək edən bizdən qat-qat çətindir. Ona görə də yardımı davam etdirmək lazımdır", - deyə o sözünə davam edib. Van Vil əlavə edib ki, NATO ölkələri ümumilikdə "Ukraynaya kifayət qədər yardım edirlər". Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40616/60/406166049_480:0:4256:2832_1920x0_80_0_0_2312d5983bff9a268d0e3248337bf5cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, yaponiya, ukrayna, yardım
nato, yaponiya, ukrayna, yardım
NATO baş katibinin köməkçisi etiraf edib ki, Ukraynaya kömək etmək getdikcə çətinləşir
NATO baş katibinin köməkçisi Devid van Vil bildirib ki, NATO ölkələri ümumilikdə Ukraynaya kifayət qədər yardım edirlər.
BAKI, 14 noyabr — Sputnik. Ukraynada hərbi əməliyyatlar nə qədər uzun sürərsə, ittifaq ölkələrinin Kiyevə yardım göstərməsi bir o qədər çətinləşir. Lakin heç bir halda bu yardım dayandırılmamalıdır.
Bunu NATO baş katibinin köməkçisi Devid van Vil Yaponiyanın "Asahi" qəzetinə müsahibəsində bildirib.
"Ukrayna özünün azadlığı üçün, eyni zamanda bizim üçün də mübarizə aparır. Əgər yardım yorğunluğu yaranarsa, bu, beynəlxalq təhlükəsizliyə zərbə olacaq... Müharibə nə qədər uzun sürərsə, yardım göstərmək bir o qədər çətinləşir, lakin döyüşən ukraynalılar üçün vəziyyət yalnız silah və pulla kömək edən bizdən qat-qat çətindir. Ona görə də yardımı davam etdirmək lazımdır", - deyə o sözünə davam edib.
Van Vil əlavə edib ki, NATO ölkələri ümumilikdə "Ukraynaya kifayət qədər yardım edirlər".
Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.