Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Forbes: Qərb ölkələri öz müasir tanklarını Kiyevə göndərmək istəmirlər

© Sputnik / Виктор Антонюк / Mediabanka keçidUkrayna Ordusunun vurulmuş tankı, arxiv şəkli
Ukrayna Ordusunun vurulmuş tankı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Bu yaxınlarda "The Wall Street Journal" qəzeti yazıb ki, Ukrayna əsgərlərinin etiraflarına görə, Ukrayna Silahlı Qüvvələrində silah-sursat və canlı qüvvə çatışmazlığı var.
BAKI, 14 noyabr — Sputnik. Qərb ölkələri Kiyev rejiminə öz müasir tanklarını göndərmək istəmir və daha sadə alternativlər təklif edirlər.
Bu barədə Rusiya mediası "Forbes" nəşrinə istinadən xəbər verir.
"RİA Novosti" xəbər verir ki, Qərb siyasətçiləri Çexiyada sovet T-72M tanklarının modernləşdirilməsini və onların Ukraynaya göndərilməsini təklif edirlər.
Bu yaxınlarda "The Wall Street Journal" qəzeti yazıb ki, Ukrayna əsgərlərinin etiraflarına görə, Ukrayna Silahlı Qüvvələrində (USQ) silah-sursat və canlı qüvvə çatışmazlığı var, buna görə də zirehli texnika ekipajlarını və pilotsuz uçuş aparatlarının operatorlarını cəbhəyə göndərmək məcburiyyətində qalırlar.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Xəbər lenti
0