https://sputnik.az/20231114/economist-kiyev-munaqise-baslayandan-beri-190-min-esgerini-itirib-460507809.html
Economist: Kiyev münaqişə başlayandan bəri 190 min əsgərini itirib
Economist: Kiyev münaqişə başlayandan bəri 190 min əsgərini itirib
Sputnik Azərbaycan
Vaşinqtonun məlumatına görə, daha 120 min hərbçi Rusiya qoşunları ilə toqquşmalar zamanı yaralanıb. 14.11.2023, Sputnik Azərbaycan
2023-11-14T01:40+0400
2023-11-14T01:40+0400
2023-11-14T01:40+0400
kiyev
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
qərb
qərb
qərb
qərb
əsgər
əsgər
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130178_0:160:3072:1888_1920x0_80_0_0_b61c8b616869a6f52cdd8c0e14ff2e06.jpg
BAKI, 14 noyabr — Sputnik. ABŞ hakimiyyəti Rusiya ilə münaqişə başlayandan bəri Ukrayna ordusunun ümumi itkilərini açıqlayıb -190 min əsgər həlak olub və yaralanıb. Bu barədə İngiltərənin "The Economist" nəşrində deyilir. "Amerika rəsmiləri hesab edirlər ki, müharibə zamanı ən azı 70 min ukraynalı əsgər həlak olub", - deyə məqalə müəllifi yazıb. Vaşinqtonun məlumatına görə, daha 120 min hərbçi Rusiya qoşunları ilə toqquşmalar zamanı yaralanıb. Həmçinin qeyd edilib ki, böyük itkilərə görə kişilərə xas olan iş yerləri qadınlarla əvəz olunur. Nəşr bu tendensiyanın münaqişə bitdikdən sonra da davam edəcəyini proqnozlaşdırır. Bu yaxınlarda Fransanın "Libération" qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələri (USQ) xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri 200 min hərbçini itirib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
qərb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130178_171:0:2902:2048_1920x0_80_0_0_df3201e2537e265d21e96b1118d93df4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiyev, xüsusi hərbi əməliyyat, qərb, qərb, qərb, qərb, əsgər, əsgər
kiyev, xüsusi hərbi əməliyyat, qərb, qərb, qərb, qərb, əsgər, əsgər
Economist: Kiyev münaqişə başlayandan bəri 190 min əsgərini itirib
Vaşinqtonun məlumatına görə, daha 120 min hərbçi Rusiya qoşunları ilə toqquşmalar zamanı yaralanıb.
BAKI, 14 noyabr — Sputnik. ABŞ hakimiyyəti Rusiya ilə münaqişə başlayandan bəri Ukrayna ordusunun ümumi itkilərini açıqlayıb -190 min əsgər həlak olub və yaralanıb.
Bu barədə İngiltərənin "The Economist" nəşrində deyilir.
"Amerika rəsmiləri hesab edirlər ki, müharibə zamanı ən azı 70 min ukraynalı əsgər həlak olub", - deyə məqalə müəllifi yazıb.
Vaşinqtonun məlumatına görə, daha 120 min hərbçi Rusiya qoşunları ilə toqquşmalar zamanı yaralanıb.
Həmçinin qeyd edilib ki, böyük itkilərə görə kişilərə xas olan iş yerləri qadınlarla əvəz olunur. Nəşr bu tendensiyanın münaqişə bitdikdən sonra da davam edəcəyini proqnozlaşdırır.
Bu yaxınlarda Fransanın "Libération" qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələri (USQ) xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri 200 min hərbçini itirib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.