QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda əkin sahəsində qədim qəbir aşkarlanıb

© Sputnik / Rashad KeremogluQəbiristanlıq, arxiv şəkli
Qəbiristanlıq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid antik qəbirdir.
BAKI, 14 noyabr — Sputnik. Ağdamda əkin sahəsində qəbir aşkarlanıb. Rayonun Mirəşelli kəndində, kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən böyük daş parçası çıxıb və sahədə məzar olduğu məlum olub.
Ağdam rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev APA-ya açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları əraziyə baxış keçirib.
Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid antik qəbirdir. Qəbrin uzunluğu 1.90 metr, eni 0.60 metrdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0