https://sputnik.az/20231112/abs-ve-ukrayna-basa-dusmelidir-ki-rusiyani-doyus-meydaninda-meglub-etmek-olmaz---peskov-460474720.html
ABŞ və Ukrayna başa düşməlidir ki, Rusiyanı döyüş meydanında məğlub etmək olmaz - Peskov
ABŞ və Ukrayna başa düşməlidir ki, Rusiyanı döyüş meydanında məğlub etmək olmaz - Peskov
Sputnik Azərbaycan
Kreml rəsmisi qeyd edib ki, Qərbdə Kiyevə qarşı qıcıqlanma və yorğunluq artmaqdadır. 12.11.2023, Sputnik Azərbaycan
2023-11-12T14:20+0400
2023-11-12T14:20+0400
2023-11-12T14:20+0400
rusiya
dmitri peskov
ukrayna
abş
kreml
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_0:31:3069:1757_1920x0_80_0_0_bf6faa86fa29bf93ffe736b3d4cbdf6d.jpg
BAKI, 12 noyabr - Sputnik. Vaşinqton və Kiyev Moskvanı döyüş meydanında məğlub edə bilməyəcəklərini çoxdan anlamalı idilər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” proqramına müsahibəsində bildirib.Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin Ukraynanın itirilmiş əraziləri geri qaytarmağa qadir olduğuna inamı Vaşinqtonun mövqeyinin dalana dirəndiyini və xüsusi hərbi əməliyyatın davam etdirilməsinin vacibliyini göstərir.Kreml rəsmisi həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ümidsiz şəkildə Ukrayna Silahlı Qüvvələrinin yeni hücumu vəd edir, çünki Qərbdə Kiyevə qarşı qıcıqlanma və yorğunluq artmaqdadır.“O, bunu ümidsizcəsinə edir, çünki kollektiv Qərbdə qıcıqlanma artır, yorğunluq artır, Ukraynaya pul verməyə, silah və sursat tədarükünə davam etməkdə istəksizlik artıb, xüsusən də onların İsrailə bol-bol çatdırılması lazım gəldikdə”, - deyə Kreml nümayəndəsi qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_169:0:2900:2048_1920x0_80_0_0_b21556533fa09517cc89c94cdb4175da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, ukrayna, abş, kreml, qərb
dmitri peskov, ukrayna, abş, kreml, qərb
ABŞ və Ukrayna başa düşməlidir ki, Rusiyanı döyüş meydanında məğlub etmək olmaz - Peskov
Kreml rəsmisi qeyd edib ki, Qərbdə Kiyevə qarşı qıcıqlanma və yorğunluq artmaqdadır.
BAKI, 12 noyabr - Sputnik. Vaşinqton və Kiyev Moskvanı döyüş meydanında məğlub edə bilməyəcəklərini çoxdan anlamalı idilər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” proqramına müsahibəsində bildirib.
“Kiyev və Vaşinqtonda hər kəsin başa düşməsinin vaxtı çatıb: Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin Ukraynanın itirilmiş əraziləri geri qaytarmağa qadir olduğuna inamı Vaşinqtonun mövqeyinin dalana dirəndiyini və xüsusi hərbi əməliyyatın davam etdirilməsinin vacibliyini göstərir.
"Bu, Birləşmiş Ştatların dalana dirənmiş mövqeyindən, yanaşmasının dalana dirənməsindən xəbər verir. Və təcili olaraq xüsusi hərbi əməliyyatı irəlilətmək zərurətindən xəbər verir", - deyə Peskov bildirib.
Kreml rəsmisi həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ümidsiz şəkildə Ukrayna Silahlı Qüvvələrinin yeni hücumu vəd edir, çünki Qərbdə Kiyevə qarşı qıcıqlanma və yorğunluq artmaqdadır.
“O, bunu ümidsizcəsinə edir, çünki kollektiv Qərbdə qıcıqlanma artır, yorğunluq artır, Ukraynaya pul verməyə, silah və sursat tədarükünə davam etməkdə istəksizlik artıb, xüsusən də onların İsrailə bol-bol çatdırılması lazım gəldikdə”, - deyə Kreml nümayəndəsi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.