https://sputnik.az/20231111/rusiya-doyusculeri-donetsk-yaxinliginda-usq-nin-alti-hucumunu-def-edib-460458563.html
Rusiya döyüşçüləri Donetsk yaxınlığında USQ-nin altı hücumunu dəf edib
Rusiya döyüşçüləri Donetsk yaxınlığında USQ-nin altı hücumunu dəf edib
Sputnik Azərbaycan
Artilleriya Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrin idarəetmə məntəqəsini məhv edib. 11.11.2023, Sputnik Azərbaycan
2023-11-11T22:58+0400
2023-11-11T22:58+0400
2023-11-11T22:59+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
silahlı qüvvələr
donetsk
donetsk
rusiya
hərbçilər
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130135_0:160:3072:1888_1920x0_80_0_0_19293ab982cb3ff87613e3d318091114.jpg
BAKI, 11 noyabr - Sputnik. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücum qruplarının altı hücumunu dəf ediblər. Donetsk istiqamətində düşmən 185 nəfərə qədər itki verib. Bu barədə Cənub qruplaşmasının mətbuat mərkəzinin rəhbəri Vadim Astafyev RİA Novosti-yə bildirib. "Donetsk istiqamətində bölmələr aviasiya və artilleriya atəşinin dəstəyi ilə USQ-nin hücum qruplarının altı hücumunu uğurla dəf ediblər", - deyə Astafyev bildirib. Zabit düşmənin 185-ə qədər hərbçisinin həlak olduğunu və yaralandığını, 5 pikap və KamAZın da darmadağın edildiyini söyləyib. O əlavə edib ki, qrupun artilleriyası Novomixaylovka ərazisində Ukrayna Silahlı Qüvvələrinin dronlarının idarəetmə məntəqəsini məhv edib. “KP.RU” saytı yazıb ki, noyabrın 10-da Rusiya qoşunları Krasnolimansk istiqamətində USQ-nin şəxsi heyətinin və texnikasının cəmləşdiyi səkkiz yerə zərbələr endiriblər. Dörd komanda-müşahidə məntəqəsi sarsıdılıb. Nəticədə düşmənin bu istiqamətdə itkiləri 160-a qədər döyüşçü olub. Bundan əlavə, üç tank, dörd avtomobil, dörd zirehli döyüş maşını və iki M777 haubitsa məhv edilib. Oktyabrın 23-də Rusiya qoşunları Cənubi Donetsk istiqamətində düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazilərə zərbələr endiriblər, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 200-dən çox əsgər təşkil edib.
donetsk
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130135_171:0:2902:2048_1920x0_80_0_0_2b6f6f5ad4ca5bfed4b865b58a1ce6e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, xüsusi hərbi əməliyyat, silahlı qüvvələr, donetsk, donetsk, rusiya, hərbçilər
ukrayna, xüsusi hərbi əməliyyat, silahlı qüvvələr, donetsk, donetsk, rusiya, hərbçilər
Rusiya döyüşçüləri Donetsk yaxınlığında USQ-nin altı hücumunu dəf edib
22:58 11.11.2023 (Yenilənib: 22:59 11.11.2023) Artilleriya Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrin idarəetmə məntəqəsini məhv edib.
BAKI, 11 noyabr - Sputnik. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücum qruplarının altı hücumunu dəf ediblər. Donetsk istiqamətində düşmən 185 nəfərə qədər itki verib.
Bu barədə Cənub qruplaşmasının mətbuat mərkəzinin rəhbəri Vadim Astafyev RİA Novosti-yə bildirib.
"Donetsk istiqamətində bölmələr aviasiya və artilleriya atəşinin dəstəyi ilə USQ-nin hücum qruplarının altı hücumunu uğurla dəf ediblər", - deyə Astafyev bildirib.
Zabit düşmənin 185-ə qədər hərbçisinin həlak olduğunu və yaralandığını, 5 pikap və KamAZın da darmadağın edildiyini söyləyib.
O əlavə edib ki, qrupun artilleriyası Novomixaylovka ərazisində Ukrayna Silahlı Qüvvələrinin dronlarının idarəetmə məntəqəsini məhv edib.
“KP.RU” saytı yazıb ki, noyabrın 10-da Rusiya qoşunları Krasnolimansk istiqamətində USQ-nin şəxsi heyətinin və texnikasının cəmləşdiyi səkkiz yerə zərbələr endiriblər. Dörd komanda-müşahidə məntəqəsi sarsıdılıb.
Nəticədə düşmənin bu istiqamətdə itkiləri 160-a qədər döyüşçü olub. Bundan əlavə, üç tank, dörd avtomobil, dörd zirehli döyüş maşını və iki M777 haubitsa məhv edilib.
Oktyabrın 23-də Rusiya qoşunları Cənubi Donetsk istiqamətində düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazilərə zərbələr endiriblər, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 200-dən çox əsgər təşkil edib.