https://sputnik.az/20231110/rusiya-ve-qazaxistan-a-de-erzaq-tehlukesizliyinin-esas-teminatcilaridir-460433847.html
Rusiya və Qazaxıstan Aİİ-də ərzaq təhlükəsizliyinin əsas təminatçılarıdır
Rusiya və Qazaxıstan Aİİ-də ərzaq təhlükəsizliyinin əsas təminatçılarıdır
Sputnik Azərbaycan
Dmitri Volvaç Rusiya və Qazaxıstanı kənd təsərrüfatı məhsullarının ixracında mühüm oyunçular adlandırıb. 10.11.2023, Sputnik Azərbaycan
2023-11-10T12:23+0400
2023-11-10T12:23+0400
2023-11-10T15:36+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
avrasiya iqtisadi ittifaqı
aii
buğda
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 10 noyabr – Sputnik. Rusiya Federasiyası İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) əsas ərzaq məhsulları ilə əsasən Qazaxıstan və Rusiyanın imkanları hesabına təmin edilir. Onun sözlərinə görə, hər iki ölkə kənd təsərrüfatı məhsullarının ixracında mühüm oyunçudur və aqrar-sənaye kompleksində böyük potensiala malikdir. Nazir müavini onu da vurğulayıb ki, bunun sayəsində Aİİ bu gün dünya bazarında böyük tələbat olan iri həcmdə məhsulları ixrac edə bilər. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Avrasiya İqtisadi İttifaqı faktiki olaraq əksər kənd təsərrüfatı məhsulları ilə özünü təmin etmək səviyyəsinə çatıb və buğda üzrə dünyada lider mövqe tutur."Kənd təsərrüfatı məhsullarının əksəriyyəti üzrə Aİİ faktiki olaraq özünü təmin etmək səviyyəsinə çatıb. Bizim İttifaq buğda istehsalı və ixracı üzrə dünyada güclü lider mövqe tutur. Yeri gəlmişkən, bu il Rusiyada çox yaxşı taxıl məhsulları var, ixrac potensialı 60 milyon ton səviyyəsində qalacaq. Biz bu mühüm məhsulun ixracı və dünya bazarlarına satışı üzrə dünyada birinci yeri qoruyacağıq”, - deyə Putin bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, avrasiya iqtisadi ittifaqı, aii, buğda
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, avrasiya iqtisadi ittifaqı, aii, buğda
Rusiya və Qazaxıstan Aİİ-də ərzaq təhlükəsizliyinin əsas təminatçılarıdır
12:23 10.11.2023 (Yenilənib: 15:36 10.11.2023) Dmitri Volvaç Rusiya və Qazaxıstanı kənd təsərrüfatı məhsullarının ixracında mühüm oyunçular adlandırıb.
BAKI, 10 noyabr – Sputnik. Rusiya Federasiyası İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) əsas ərzaq məhsulları ilə əsasən Qazaxıstan və Rusiyanın imkanları hesabına təmin edilir.
Onun sözlərinə görə, hər iki ölkə kənd təsərrüfatı məhsullarının ixracında mühüm oyunçudur və aqrar-sənaye kompleksində böyük potensiala malikdir.
Nazir müavini onu da vurğulayıb ki, bunun sayəsində Aİİ bu gün dünya bazarında böyük tələbat olan iri həcmdə məhsulları ixrac edə bilər.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Avrasiya İqtisadi İttifaqı faktiki olaraq əksər kənd təsərrüfatı məhsulları ilə özünü təmin etmək səviyyəsinə çatıb və buğda üzrə dünyada lider mövqe tutur.
"Kənd təsərrüfatı məhsullarının əksəriyyəti üzrə Aİİ faktiki olaraq özünü təmin etmək səviyyəsinə çatıb. Bizim İttifaq buğda istehsalı və ixracı üzrə dünyada güclü lider mövqe tutur. Yeri gəlmişkən, bu il Rusiyada çox yaxşı taxıl məhsulları var, ixrac potensialı 60 milyon ton səviyyəsində qalacaq. Biz bu mühüm məhsulun ixracı və dünya bazarlarına satışı üzrə dünyada birinci yeri qoruyacağıq”, - deyə Putin bildirib.