https://sputnik.az/20231109/serefli-zefer-tariximiz-veten-muharibesinin-son-gunu-435018513.html
Şərəfli Zəfər tariximiz: Vətən müharibəsinin son günü
Şərəfli Zəfər tariximiz: Vətən müharibəsinin son günü
Sputnik Azərbaycan
Sputnik Azərbaycan şərəf tariximiz olan İkinci Qarabağ müharibəsinin ən yaddaqalan məqamlarını oxuculara çatdırmaqda davam edir. 09.11.2023, Sputnik Azərbaycan
2023-11-09T07:00+0400
2023-11-09T07:00+0400
2023-11-08T18:26+0400
qarabağ
vətən müharibəsi
anım günü
payızın 44 anı
zəfər günü
üçtərəfli bəyanat
prezident ilham əliyev
xankəndi
xankəndi şəhəri
xocalı
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/01/425616276_0:0:3067:1725_1920x0_80_0_0_2e00b075b51859fc43fe479ccf8ad1e5.jpg
BAKI, 9 noyabr - Sputnik. Üç il bu vaxt Azərbaycan Vətən müharibəsinin sonuncu gününü yaşayırdı. Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 44 gün sonra - noyabrın 9-da başa çatdı.Noyabrın 9-da Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib. Üç il bu gün həmçinin Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağ̆avard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İ̇sgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri işğaldan azad olunub.Noyabrın 9-dan 10-na keçən gecə isə müharibəni dayandıran bəyanat imzalanıb.Üçtərəfli bəyanatAzərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.Üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib. Ermənilərin nəzarətində qalan Laçın şəhəri isə 2022-ci il avqustun 26-da Azərbaycana təhvil verildi.Antiterror əməliyyatı2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi bir gündən sonra - sentyabrın 20-də bölgədəki qanunsuz erməni silahlıları təslim olduqlarını bildirdilər. Bir neçə gün sonra isə özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran qondarma rejim buraxıldığını elan etdi. Oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Əsgəran qəsəbəsində, Xocalı, Ağdərə, Xocavənd və Xankəndi şəhərlərində Azərbaycan bayrağını ucaltdı.
https://sputnik.az/20231108/azerbaycan-lideri-xankendide-kecirilen-paradda-cixis-edib-460389854.html
xankəndi şəhəri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/01/425616276_206:0:2935:2047_1920x0_80_0_0_5b42667526e75c8eac0b0acef84ed942.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vətən müharibəsi, anım günü, payızın 44 anı, zəfər günü, üçtərəfli bəyanat, prezident ilham əliyev, xankəndi, xankəndi şəhəri, xocalı
vətən müharibəsi, anım günü, payızın 44 anı, zəfər günü, üçtərəfli bəyanat, prezident ilham əliyev, xankəndi, xankəndi şəhəri, xocalı
Şərəfli Zəfər tariximiz: Vətən müharibəsinin son günü
Sputnik Azərbaycan şərəf tariximiz olan İkinci Qarabağ müharibəsinin ən yaddaqalan məqamlarını oxuculara çatdırmaqda davam edir.
BAKI, 9 noyabr - Sputnik. Üç il bu vaxt Azərbaycan Vətən müharibəsinin sonuncu gününü yaşayırdı.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 44 gün sonra - noyabrın 9-da başa çatdı.
Noyabrın 9-da Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib.
Üç il bu gün həmçinin Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağ̆avard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İ̇sgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri işğaldan azad olunub.
Noyabrın 9-dan 10-na keçən gecə isə müharibəni dayandıran bəyanat imzalanıb.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb.
Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq.
Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib. Ermənilərin nəzarətində qalan Laçın şəhəri isə 2022-ci il avqustun 26-da Azərbaycana təhvil verildi.
2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi bir gündən sonra - sentyabrın 20-də bölgədəki qanunsuz erməni silahlıları təslim olduqlarını bildirdilər. Bir neçə gün sonra isə özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran qondarma rejim buraxıldığını elan etdi. Oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Əsgəran qəsəbəsində, Xocalı, Ağdərə, Xocavənd və Xankəndi şəhərlərində Azərbaycan bayrağını ucaltdı.