https://sputnik.az/20231109/rf-xn-ucterefli-isci-qrupu-terefler-arasinda-elaqelerin-yaxsilasdirilmasinda-rol-oynayir-460416878.html
RF XİN: Üçtərəfli işçi qrupu tərəflər arasında əlaqələrin yaxşılaşdırılmasında rol oynayır
RF XİN: Üçtərəfli işçi qrupu tərəflər arasında əlaqələrin yaxşılaşdırılmasında rol oynayır
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu proses bütün Cənubi Qafqazın tranzit və logistika potensialının... 09.11.2023, Sputnik Azərbaycan
2023-11-09T15:41+0400
2023-11-09T15:41+0400
2023-11-09T15:42+0400
rusiya
mariya zaxarova
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
işçi qrupu
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458413054_0:0:2283:1284_1920x0_80_0_0_33432ddeedf6abce284d532dce5c3ffd.jpg
BAKI, 9 noyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupu 12 görüş keçirib.“Bu proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır, sabitləşməyə və bütün Cənubi Qafqazın tranzit və logistika potensialının üzə çıxarılmasına töhfə verir”, - deyə o, bildirib.Zaxarova Fələstin münaqişəsinin həllinə də toxunaraq qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi onun yenidən başlaması üçün şərait yaratmaq üçün zəruri tədbirlərin görülməsini təcili hesab edir.“Gərginliyin azaldılması ilə bağlı təxirəsalınmaz vəzifələrin həlli ilə yanaşı, biz Fələstin probleminin məlum beynəlxalq hüquqi əsaslarla hərtərəfli həlli maraqları naminə tam siyasi prosesin yenidən başlanmasına şərait yaradılmasına yönəlmiş addımların atılmasını təcili hesab edirik. ”, - Zaxarova brifinqdə bildirib.Bununla əlaqədar olaraq o, münaqişənin iki dövlət prinsipi əsasında həllini dəstəkləyən region ölkələrinin yanaşmalarını əlaqələndirmək üçün nazirlər səviyyəsində məsləhətləşmələrin təşkili ilə bağlı Rusiyanın təşəbbüsünü xatırladıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458413054_67:0:2108:1531_1920x0_80_0_0_02d9479e4b29fec3105190c78c1600ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, işçi qrupu
mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, işçi qrupu
RF XİN: Üçtərəfli işçi qrupu tərəflər arasında əlaqələrin yaxşılaşdırılmasında rol oynayır
15:41 09.11.2023 (Yenilənib: 15:42 09.11.2023) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu proses bütün Cənubi Qafqazın tranzit və logistika potensialının sabitləşməsinə və açılmasına kömək edir.
BAKI, 9 noyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupu 12 görüş keçirib.
“Bu proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır, sabitləşməyə və bütün Cənubi Qafqazın tranzit və logistika potensialının üzə çıxarılmasına töhfə verir”, - deyə o, bildirib.
Zaxarova Fələstin münaqişəsinin həllinə də toxunaraq qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi onun yenidən başlaması üçün şərait yaratmaq üçün zəruri tədbirlərin görülməsini təcili hesab edir.
“Gərginliyin azaldılması ilə bağlı təxirəsalınmaz vəzifələrin həlli ilə yanaşı, biz Fələstin probleminin məlum beynəlxalq hüquqi əsaslarla hərtərəfli həlli maraqları naminə tam siyasi prosesin yenidən başlanmasına şərait yaradılmasına yönəlmiş addımların atılmasını təcili hesab edirik. ”, - Zaxarova brifinqdə bildirib.
Bununla əlaqədar olaraq o, münaqişənin iki dövlət prinsipi əsasında həllini dəstəkləyən region ölkələrinin yanaşmalarını əlaqələndirmək üçün nazirlər səviyyəsində məsləhətləşmələrin təşkili ilə bağlı Rusiyanın təşəbbüsünü xatırladıb.