https://sputnik.az/20231109/rf-xn-azerbaycanla-naxcivani-birlesdirecek-yola-rusiya-serhedcileri-nezaret-etmelidir-460423255.html
RF XİN: Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidir
RF XİN: Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidir
Sputnik Azərbaycan
Zaxarova Rusiyanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara... 09.11.2023, Sputnik Azərbaycan
2023-11-09T20:57+0400
2023-11-09T20:57+0400
2023-11-09T20:57+0400
rusiya
mariya zaxarova
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
rusiya xin
naxçıvan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_0:0:3072:1728_1920x0_80_0_0_3229338b6150467985e6a88b939a59a5.jpg
BAKI, 9 noyabr - Sputnik. İrəvanın təşəbbüsü bir çox cəhətdən baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində artıq müzakirə edilmiş layihələrlə uzlaşır.APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması məsələsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində mühüm rol oynayır və Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.Zaxarova Üçtərəfli İşçi qrupun 12 iclasının keçirildiyini xatırladıb. Qeyd edib ki, regionun logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmiryolu və avtomobil yolu kommunikasiya layihələrinin optimal variantının seçilməsi ilə bağlı nəhəng iş görülüb."Tərəflər üçün faydalı olacaq paket həllinə xeyli yaxınlaşmağa nail olunub. Təəssüf ki, bu məsələlərə hələ son qoymaq mümkün deyil. Kimdəsə bunu etmək üçün siyasi iradə çatışmır və bu, biz deyilik. Əvvəlki kimi biz regionda nəqliyyat kommunikasiyalarının açılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.Zaxarova Rusiyanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara əsasən, kömək etməyə hazır olduğunu söyləyib."Həmin bəyanatlarda Rusiyanın rolu dəqiq yazılıb. O ki qaldı kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına, diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd etdiyim üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir", - deyə Rusiya XİN rəsmi nümayəndəsi əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_332:0:3063:2048_1920x0_80_0_0_7499845939303135ac1411d9cd98dec4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya, rusiya xin, naxçıvan, azərbaycan
mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya, rusiya xin, naxçıvan, azərbaycan
RF XİN: Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidir
Zaxarova Rusiyanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara əsasən, kömək etməyə hazır olduğunu söyləyib.
BAKI, 9 noyabr - Sputnik. İrəvanın təşəbbüsü bir çox cəhətdən baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində artıq müzakirə edilmiş layihələrlə uzlaşır.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması məsələsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində mühüm rol oynayır və Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.
Zaxarova Üçtərəfli İşçi qrupun 12 iclasının keçirildiyini xatırladıb. Qeyd edib ki, regionun logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmiryolu və avtomobil yolu kommunikasiya layihələrinin optimal variantının seçilməsi ilə bağlı nəhəng iş görülüb.
"Tərəflər üçün faydalı olacaq paket həllinə xeyli yaxınlaşmağa nail olunub. Təəssüf ki, bu məsələlərə hələ son qoymaq mümkün deyil. Kimdəsə bunu etmək üçün siyasi iradə çatışmır və bu, biz deyilik. Əvvəlki kimi biz regionda nəqliyyat kommunikasiyalarının açılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Rusiyanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara əsasən, kömək etməyə hazır olduğunu söyləyib.
"Həmin bəyanatlarda Rusiyanın rolu dəqiq yazılıb. O ki qaldı kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına, diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd etdiyim üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir", - deyə Rusiya XİN rəsmi nümayəndəsi əlavə edib.