Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: ABŞ Qazaxıstanda öz təsirini genişləndirməyə çalışır

© Sputnik / Максим БлиновRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 08.11.2023
Abunə olmaq
XİN rəsmisinin sözlərinə görə, ABŞ Qazaxıstanda sülhməramlılar və hərbi heyət üçün təlim proqramları vasitəsilə öz təsirini genişləndirmək niyyətindədir.
BAKI, 8 noyabr - Sputnik. ABŞ Qazaxıstanda öz təsirini genişləndirməyə çalışır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə departamentinin direktoru Aleksandr Sternik “RİA Novosti“yə müsahibəsində deyib.
XİN rəsmisinin sözlərinə görə, ABŞ Qazaxıstanda sülhməramlılar və hərbi heyət üçün təlim proqramları vasitəsilə öz təsirini genişləndirmək niyyətindədir.
Sternik diqqətə çatdırıb ki, ötən ayın sonunda ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblumun iştirakı ilə Almatı şəhərində Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub.
Qazaxıstan Müdafiə Nazirliyi isə ölkədə NATO-ya aid heç bir yeni mərkəzin açılmadığını bəyan edib:
“Bu mərkəz əlavə təhsil almaq üçün dövlət müəssisəsidir, hansının ki, əsas məqsədi - BMT standartlarına uyğun olaraq sülhməramlı əməliyyatlarda iştirak etmək üçün hərbçilərin dil hazırlığı və kadrların hazırlanmasıdır. Həmin mərkəzdə 2006-cı ildən etibarən NATO standartlarına uyğun olaraq hərbi, polis və mülki kadrlar hazırlanır”, - diplomat bildirib.
Sternik əlavə edib ki, ABŞ bu cür addımlarla Qazaxıstanda öz təsirini genişləndirmək maraqları çərçivəsində özünü reklam etməyə” çalışır.
Xəbər lenti
0