Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: “Bir çox dövlətlər bilərəkdən MDB ölkələrində sabitliyi pozurlar”

© Sputnik / Павел БедняковPutin
Putin - Sputnik Azərbaycan, 1920, 08.11.2023
Abunə olmaq
Putinin sözlərinə görə, beynəlxalq vəziyyət son dərəcə mürəkkəb, gərgin olaraq qalır
BAKI, 8 noyabr - Sputnik. “MDB ölkələri təşkilatın təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı işlər görməlidirlər, təhlükəsizlik şuralarının proqnozlaşdırma və informasiya-analitik potensialından tam istifadə etmək vacibdir”.
Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, beynəlxalq vəziyyət son dərəcə mürəkkəb, gərgin olaraq qalır: “Bir sıra regionlarda köhnə münaqişələr kəskinləşdi və yeni münaqişə ocaqları yarandı. Xüsusilə Yaxın Şərqdə. Qlobal qeyri-sabitlik Avrasiya üçün də proqnozlaşdırılır. Bəzi ölkələrin addımları MDB ölkələrində vəziyyəti sarsıtmağa yönəldilib. Terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti və qanunsuz miqrasiya, radikalizm və ekstremizm kimi ümumi təhdidlər, habelə iqtisadi, informasiya, texnologiya və bioloji təhlükəsizlik sahəsində risklər davam edir”.
"Bütün bunlar qabaqlayıcı iş tələb edir. O cümlədən təhlükəsizlik şuralarının proqnozlaşdırıcı, informasiya-analitik potensialından maksimum istifadə etmək MDB məkanında və bütövlükdə dünyada vəziyyətin dərindən və hərtərəfli öyrənilməsi, prioritetlərin dəqiq müəyyənləşdirilməsi, strateji planlaşdırma sənədlərinin vaxtında hazırlanması üçün vacibdir", - o qeyd edib.
Xəbər lenti
0