https://sputnik.az/20231106/sanksiya-illerinde-rusiya-suverenliyini-qorumagi-oyrendi---lavrov-460306831.html
Sanksiya illərində Rusiya suverenliyini qorumağı öyrəndi - Lavrov
Sanksiya illərində Rusiya suverenliyini qorumağı öyrəndi - Lavrov
Sputnik Azərbaycan
Lavrov vurğulayıb ki, Rusiya artıq hər an onu aldada biləcək tərəfdaşlara arxalana bilməz. 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T21:19+0400
2023-11-06T21:19+0400
2023-11-06T21:19+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
qərb
suveren
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457994662_0:0:3120:1756_1920x0_80_0_0_d1bc1c21680364715bf23bab154e5d49.jpg
BAKI, 6 noyabr — Sputnik. İllərdir Qərbin sanksiyaları altında olan Rusiya dialoq aparmaq və eyni zamanda öz suverenliyini qoruyub saxlamaq imkanı əldə edib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya" Beynəlxalq Sərgi və Forumu çərçivəsində "Bilik" Cəmiyyətinin marafonunda çıxışı zamanı deyib. "Suverenliyimizi və təhlükəsizliyimizi, nə sosial-iqtisadi inkişaf perspektivlərini, nə də vətəndaşların rifahının yüksəlişini təhdid etmədən digər dövlətlərlə münasibətləri inkişaf etdirmək bacarığını biz son bir neçə ildə qazanmışıq. "Ən azı Qərbin bizə qarşı görünməmiş sanksiyalar tətbiq etməyə başladığı vaxtdan" təxminən 10 il keçsə də, bu sanksiyalar həmişə olub, lakin onların şiddəti və əhatəliliyi Qərbin Ukraynada çevriliş törətməsindən sonra özünü tam şəkildə göstərib", - Lavrov bildirib. Lavrov vurğulayıb ki, Rusiya artıq hər an onu aldada biləcək tərəfdaşlara arxalana bilməz. "Qəbul edilmiş bu qərar ciddi şəkildə yerinə yetiriləcək. İndi Rusiya hökumətinin işində, prezidentin bizim inkişaf məsələləri ilə bağlı qəbul etdiyi qərarlarda müşahidə etdiyiniz hər şeyi, heyrətamiz "Rusiya" sərgisində gördüyünüz hər şey ondan xəbər verir ki, biz bu istiqamətdə davamlı şəkildə irəliləyirik", - deyə nazir qeyd edib. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya etibarlılığını nümayiş etdirən və iqtisadi əlaqələrdən öz şəxsi maraqları naminə istifadə etməyə çalışmayan tərəfdaşlar üçün qapıları açıq qoyur. "Qərb üçün qapını açıq qoyuruq, amma Qərb nə vaxt ağlı başına gəlsə, onların bizə nə ilə gəldiyini görəcəyik. Nə təklif olunduğundan asılı olaraq bunları qəbul edib-etməyəcəyimizə qərar verəcəyik. Onlar bizim suveren inkişafımızın maraqlarına uyğun gəlir, yoxsa yenə də ölkəmizin inkişaf perspektivləri üçün tələ yaradırlar", - Lavrov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457994662_174:0:2905:2048_1920x0_80_0_0_b35e460e2f0be0f605ed58a7b95109dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin rəhbəri sergey lavrov, qərb, suveren
rusiya xin rəhbəri sergey lavrov, qərb, suveren
Sanksiya illərində Rusiya suverenliyini qorumağı öyrəndi - Lavrov
Lavrov vurğulayıb ki, Rusiya artıq hər an onu aldada biləcək tərəfdaşlara arxalana bilməz.
BAKI, 6 noyabr — Sputnik. İllərdir Qərbin sanksiyaları altında olan Rusiya dialoq aparmaq və eyni zamanda öz suverenliyini qoruyub saxlamaq imkanı əldə edib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya" Beynəlxalq Sərgi və Forumu çərçivəsində "Bilik" Cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.
"Suverenliyimizi və təhlükəsizliyimizi, nə sosial-iqtisadi inkişaf perspektivlərini, nə də vətəndaşların rifahının yüksəlişini təhdid etmədən digər dövlətlərlə münasibətləri inkişaf etdirmək bacarığını biz son bir neçə ildə qazanmışıq. "Ən azı Qərbin bizə qarşı görünməmiş sanksiyalar tətbiq etməyə başladığı vaxtdan" təxminən 10 il keçsə də, bu sanksiyalar həmişə olub, lakin onların şiddəti və əhatəliliyi Qərbin Ukraynada çevriliş törətməsindən sonra özünü tam şəkildə göstərib", - Lavrov bildirib.
Lavrov vurğulayıb ki, Rusiya artıq hər an onu aldada biləcək tərəfdaşlara arxalana bilməz.
"Qəbul edilmiş bu qərar ciddi şəkildə yerinə yetiriləcək. İndi Rusiya hökumətinin işində, prezidentin bizim inkişaf məsələləri ilə bağlı qəbul etdiyi qərarlarda müşahidə etdiyiniz hər şeyi, heyrətamiz "Rusiya" sərgisində gördüyünüz hər şey ondan xəbər verir ki, biz bu istiqamətdə davamlı şəkildə irəliləyirik", - deyə nazir qeyd edib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya etibarlılığını nümayiş etdirən və iqtisadi əlaqələrdən öz şəxsi maraqları naminə istifadə etməyə çalışmayan tərəfdaşlar üçün qapıları açıq qoyur.
"Qərb üçün qapını açıq qoyuruq, amma Qərb nə vaxt ağlı başına gəlsə, onların bizə nə ilə gəldiyini görəcəyik. Nə təklif olunduğundan asılı olaraq bunları qəbul edib-etməyəcəyimizə qərar verəcəyik. Onlar bizim suveren inkişafımızın maraqlarına uyğun gəlir, yoxsa yenə də ölkəmizin inkişaf perspektivləri üçün tələ yaradırlar", - Lavrov bildirib.