Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanın Hava Hücumundan Müdafiə bölmələri Ukraynanın PUA və HIMARS-larını vurub

© AFP 2023 / FADEL SENNAHIMARS sistemi
HIMARS  sistemi - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Ümumilikdə, xüsusi hərbi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələri 8600-dən çox pilotsuz təyyarəni itirib.
BAKI, 6 noyabr — Sputnik. Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus 23 pilotsuz təyyarəni (PUA) və iki HİMARS reaktiv yaylım atəş sistemini məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Hava hücumundan müdafiə sistemləri tətəfindən iki HIMARS reaktiv yaylım atəş sistemi ələ keçirilib. Bundan əlavə, Ukraynanın iyirmi üç pilotsuz təyyarəsi məhv edilib", - deyə Ukraynadakı xüsusi hərbi əməliyyatın (XHƏ) gedişatı ilə bağlı son hesabatında deyilir.
Qeyd olunur ki, Ukraynada keçirilən XHƏ zamanı Ukrayna Silahlı Qüvvələri 520-dən çox hərbi təyyarə, 250-dən çox helikopter, 8600-dən çox pilotsuz təyyarə və minlərlə digər hərbi texnika itiriblər.
Xəbər lenti
0