https://sputnik.az/20231106/rusiya-vetendaslarinin-en-cox-sefer-etdiyi-olkeler-aciqlanib-460314720.html
Rusiya vətəndaşlarının ən çox səfər etdiyi ölkələr açıqlanıb
Rusiya vətəndaşlarının ən çox səfər etdiyi ölkələr açıqlanıb
Sputnik Azərbaycan
Finlandiya rusiyalıların ən populyar səyahət istiqamətləri onluğuna daxil olan yeganə Avropa ölkəsidir. 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T21:38+0400
2023-11-06T21:38+0400
2023-11-06T21:38+0400
rusiya
rusiya
rusiya federal təhlükəsizlik xidməti
rusiya federal təhlükəsizlik xidməti
səyahət
səyahət
turist
turistlər
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/04/436960023_0:0:2933:1651_1920x0_80_0_0_858c7dcc783fbde180cda5de7f470d2a.jpg
BAKI, 6 noyabr — Sputnik. Bu ilin doqquz ayı ərzində Rusiya vətəndaşları xaricə bir il əvvələ nisbətən 20% çox səfər edib. Bu barədə Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin statistikasında bildirilib. Qeyd olunub ki, Finlandiya rusiyalıların ən populyar səyahət istiqamətləri onluğuna daxil olan yeganə Avropa ölkəsidir. Məlum olub ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiya vətəndaşları xaricə 21 milyon səfər edib, bu il xaricə səfərlərin sayı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 20% çox olub. Həmin dövrdə sərhəd xidməti 17,4 milyon səfər qeydə alıb. Statistikaya görə, rusiyalıların 2023-cü ilin doqquz ayında ən çox səyahət etdikləri istiqamətlər arasında həm qonşu ölkələr, həm də məşhur istirahət yerləri - Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Tayland kimi ölkələr qərarlaşıb. Siyahıda ilk yeri tanınmamış "Abxaziya Respublikası" tutub. İkinci yerdə Türkiyə, üçüncü yerdə isə Qazaxıstan qərarlaşıb. Sonrakı yerləri isə müvafiq olaraq BƏƏ, Misir, Ermənistan, Gürcüstan, Tayland, Çin və Finlandiya tutub. Qeyd edək ki, statistika aparılarkən bütün məqsədlər üçün - turizm, şəxsi, iş səfərləri nəzərə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/04/436960023_82:0:2813:2048_1920x0_80_0_0_79e988d573326ca0b96efe8396c615e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya federal təhlükəsizlik xidməti, rusiya federal təhlükəsizlik xidməti, səyahət, səyahət, turist, turistlər
rusiya, rusiya federal təhlükəsizlik xidməti, rusiya federal təhlükəsizlik xidməti, səyahət, səyahət, turist, turistlər
Rusiya vətəndaşlarının ən çox səfər etdiyi ölkələr açıqlanıb
Finlandiya rusiyalıların ən populyar səyahət istiqamətləri onluğuna daxil olan yeganə Avropa ölkəsidir.
BAKI, 6 noyabr — Sputnik. Bu ilin doqquz ayı ərzində Rusiya vətəndaşları xaricə bir il əvvələ nisbətən 20% çox səfər edib.
Bu barədə Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin statistikasında bildirilib.
Qeyd olunub ki, Finlandiya rusiyalıların ən populyar səyahət istiqamətləri onluğuna daxil olan yeganə Avropa ölkəsidir.
Məlum olub ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiya vətəndaşları xaricə 21 milyon səfər edib, bu il xaricə səfərlərin sayı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 20% çox olub. Həmin dövrdə sərhəd xidməti 17,4 milyon səfər qeydə alıb.
Statistikaya görə, rusiyalıların 2023-cü ilin doqquz ayında ən çox səyahət etdikləri istiqamətlər arasında həm qonşu ölkələr, həm də məşhur istirahət yerləri - Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Tayland kimi ölkələr qərarlaşıb.
Siyahıda ilk yeri tanınmamış "Abxaziya Respublikası" tutub. İkinci yerdə Türkiyə, üçüncü yerdə isə Qazaxıstan qərarlaşıb. Sonrakı yerləri isə müvafiq olaraq BƏƏ, Misir, Ermənistan, Gürcüstan, Tayland, Çin və Finlandiya tutub.
Qeyd edək ki, statistika aparılarkən bütün məqsədlər üçün - turizm, şəxsi, iş səfərləri nəzərə alınıb.