Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin 2024-cü il seçkilərində iştirak edəcək?

© Sputnik / Алексей Даничев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Vladimir Putin 2018-ci ildə keçirilmiş prezident seçkilərində gözlənən qalibiyyətindən sonra Rusiyanı daha altı il idarə etmək hüququ qazanıb.
BAKI, 6 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin hələlik yeni prezidentlik müddətinə namizədliyini açıqlamayıb. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
O, Reuters agentliyinin mənbələrə istinadən Putinin guya 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlməsi ilə bağlı xəbərinə münasibət bildirib.
"Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib", - Peskov deyib.
Vladimir Putin 2018-ci ildə keçirilmiş prezident seçkilərində gözlənən qalibiyyətindən sonra Rusiyanı daha altı il idarə etmək hüququ qazanıb. O, dördüncü dəfə prezident seçilib.
Bütün səslərin sayılmasından sonra Mərkəzi Seçki Komissiyası deyib ki, Putin səslərin 76 faizindən çoxunu qazanıb.
Xəbər lenti
0