https://sputnik.az/20231105/terterde-yene-mina-partladi-xesaret-alan-var-460276568.html
Tərtərdə yenə mina partladı, xəsarət alan var
Tərtərdə yenə mina partladı, xəsarət alan var
Sputnik Azərbaycan
DİN bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırıb. 05.11.2023, Sputnik Azərbaycan
2023-11-05T12:54+0400
2023-11-05T12:54+0400
2023-11-05T12:54+0400
qarabağ
mina
tərtər rayonu
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427518750_0:0:1247:701_1920x0_80_0_0_d3d2df22302e3f63a18b3105cf9121ca.jpg
BAKI, 5 noyabr - Sputnik. Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.Xatırladaq ki, Ermənistanın yerləşdirdiyi minalar Azərbaycan vətəndaşlarını öldürməkdə və onlara xəsarət yetirməkdə davam edir. Tərtərdə minanın partlaması nəticəsində 24 yaşlı gəncin ayağı amputasiya olunub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir."Münaqişə başa çatdıqdan sonra 336 azərbaycanlı mina qurbanı olub. Bu təhlükəni aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir", - paylaşımda qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427518750_127:0:1062:701_1920x0_80_0_0_acebd9fbea1ce099b7a44ffeb7a78f52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, tərtər rayonu, partlayış
mina, tərtər rayonu, partlayış
Tərtərdə yenə mina partladı, xəsarət alan var
DİN bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.
BAKI, 5 noyabr - Sputnik. Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq", -deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, Ermənistanın yerləşdirdiyi minalar Azərbaycan vətəndaşlarını öldürməkdə və onlara xəsarət yetirməkdə davam edir. Tərtərdə minanın partlaması nəticəsində 24 yaşlı gəncin ayağı amputasiya olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Münaqişə başa çatdıqdan sonra 336 azərbaycanlı mina qurbanı olub. Bu təhlükəni aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir", - paylaşımda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.