https://sputnik.az/20231105/patrusev-rusiya-ilk-defedir-ki-nuve-raket-silahlari-uzre-reqiblerini-qabaqlayir-460259398.html
Patruşev: Rusiya ilk dəfədir ki, nüvə-raket silahları üzrə rəqiblərini qabaqlayır
Patruşev: Rusiya ilk dəfədir ki, nüvə-raket silahları üzrə rəqiblərini qabaqlayır
Sputnik Azərbaycan
Rusiya gələcək onilliklər ərzində öz təhlükəsizliyinə zəmanət verib. 05.11.2023, Sputnik Azərbaycan
2023-11-05T09:50+0400
2023-11-05T09:50+0400
2023-11-05T09:50+0400
nikolay patruşev
rusiya
rusiya prezidenti vladimir putin
sergey lavrov
rusiya xarici işlər naziri sergey lavrov
bmt
bmt
antonio quterreş
nüvə silahı
raket
https://cdnn1.img.sputnik.az/img/41211/72/412117280_0:0:3017:1697_1920x0_80_0_0_46268dedc0c06badd4b149534173cc8d.jpg
BAKI, 5 noyabr - Sputnik. Nüvə-raket silahlarının mövcudluğu tarixində ilk dəfə olaraq Rusiya bu sahədə rəqiblərini qabaqlayır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev noyabrın 4-də "Rusiya" beynəlxalq sərgi və forumunda "Bilik" Cəmiyyətinin marafonunda çıxışı zamanı deyib. Patruşev bildirib ki, Rusiya unikal strateji silahların sahibidir. "Rusiya həmçinin gələcək onilliklər üçün təhlükəsizliyini təmin edən hipersəs silahlarına da malikdir", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb. "KP.RU" yazıb ki, noyabrın 2-də Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında Müqavilədən çıxması haqqında qanun imzalayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənəd layihəsini BMT-nin baş katibi Antonio Quterreşə göndərib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41211/72/412117280_165:0:2896:2048_1920x0_80_0_0_3ea36debc7304e70553a1bb6deb66b85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikolay patruşev, rusiya prezidenti vladimir putin, sergey lavrov, rusiya xarici işlər naziri sergey lavrov, bmt, bmt, antonio quterreş, nüvə silahı, raket
nikolay patruşev, rusiya prezidenti vladimir putin, sergey lavrov, rusiya xarici işlər naziri sergey lavrov, bmt, bmt, antonio quterreş, nüvə silahı, raket
Patruşev: Rusiya ilk dəfədir ki, nüvə-raket silahları üzrə rəqiblərini qabaqlayır
Rusiya gələcək onilliklər ərzində öz təhlükəsizliyinə zəmanət verib.
BAKI, 5 noyabr - Sputnik. Nüvə-raket silahlarının mövcudluğu tarixində ilk dəfə olaraq Rusiya bu sahədə rəqiblərini qabaqlayır.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev noyabrın 4-də "Rusiya" beynəlxalq sərgi və forumunda "Bilik" Cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.
Patruşev bildirib ki, Rusiya unikal strateji silahların sahibidir.
"Rusiya həmçinin gələcək onilliklər üçün təhlükəsizliyini təmin edən hipersəs silahlarına da malikdir", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
"KP.RU" yazıb ki, noyabrın 2-də Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında Müqavilədən çıxması haqqında qanun imzalayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənəd layihəsini BMT-nin baş katibi Antonio Quterreşə göndərib.