https://sputnik.az/20231104/f-35-lerin-abs-dan-britaniyaya-tehvil-verilmesine-rusiya-terefinden-cavab-verilecek-460253785.html
F-35-lərin ABŞ-dan Britaniyaya təhvil verilməsinə Rusiya tərəfindən cavab veriləcək
F-35-lərin ABŞ-dan Britaniyaya təhvil verilməsinə Rusiya tərəfindən cavab veriləcək
Sputnik Azərbaycan
Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko ABŞ təyyarələrinin planlaşdırılmış təhvil verilməsi Rusiya Federasiyasına hərbi təzyiqi artırmaq məqsədi... 04.11.2023, Sputnik Azərbaycan
2023-11-04T21:40+0400
2023-11-04T21:40+0400
2023-11-04T21:40+0400
"f-35" qırıcı təyyarəsi
rusiya
nato
nato
rusiya xin
abş
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451230434_0:160:3072:1888_1920x0_80_0_0_d057ed652a2f0e13b2b8b48d608d407b.jpg
BAKI, 4 noyabr — Sputnik. Nüvə silahı daşıya bilən F-35 qırıcılarının ABŞ-dan Böyük Britaniyaya təhvil verilməsi Rusiya Federasiyası tərəfindən operativ hərbi planlaşdırma zamanı nəzərə alınacaq. "RİA Novosti" Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşkoya istinadən xəbər verir. Nazir müavininin sözlərinə görə, ABŞ təyyarələrinin planlaşdırılmış təhvil verilməsi Rusiya Federasiyasına hərbi təzyiqi artırmaq məqsədi daşıyır. Qruşko, həmçinin NATO təlimlərinin sayının və miqyasının artdığını qeyd edərək, onları Rusiya Federasiyasının cilovlanması siyasətinin bir hissəsi adlandırıb. Diplomat alyansın hərəkətləri ilə bağlı Rusiya tərəfinin planlaşdırdığı cavab tədbirləri barədə məlumat verib. "Bütün zəruri hərbi-texniki ehtiyat tədbirləri görüləcək", - deyə Qruşko vurğulayıb. Bundan əvvəl o, NATO-nun Baltik dənizini alyansın daxili dənizinə çevirmək cəhdlərinin mənfi nəticələrinin dərk edilməsinin vacibliyini bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451230434_171:0:2902:2048_1920x0_80_0_0_731c4c9fbc50a7414a81ad051ac0d2ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
"f-35" qırıcı təyyarəsi, nato, nato, rusiya xin, abş, böyük britaniya
"f-35" qırıcı təyyarəsi, nato, nato, rusiya xin, abş, böyük britaniya
F-35-lərin ABŞ-dan Britaniyaya təhvil verilməsinə Rusiya tərəfindən cavab veriləcək
Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko ABŞ təyyarələrinin planlaşdırılmış təhvil verilməsi Rusiya Federasiyasına hərbi təzyiqi artırmaq məqsədi daşıdığını söyləyib.
BAKI, 4 noyabr — Sputnik. Nüvə silahı daşıya bilən F-35 qırıcılarının ABŞ-dan Böyük Britaniyaya təhvil verilməsi Rusiya Federasiyası tərəfindən operativ hərbi planlaşdırma zamanı nəzərə alınacaq.
"RİA Novosti" Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşkoya istinadən xəbər verir.
Nazir müavininin sözlərinə görə, ABŞ təyyarələrinin planlaşdırılmış təhvil verilməsi Rusiya Federasiyasına hərbi təzyiqi artırmaq məqsədi daşıyır. Qruşko, həmçinin NATO təlimlərinin sayının və miqyasının artdığını qeyd edərək, onları Rusiya Federasiyasının cilovlanması siyasətinin bir hissəsi adlandırıb.
Diplomat alyansın hərəkətləri ilə bağlı Rusiya tərəfinin planlaşdırdığı cavab tədbirləri barədə məlumat verib.
"Bütün zəruri hərbi-texniki ehtiyat tədbirləri görüləcək", - deyə Qruşko vurğulayıb.
Bundan əvvəl o, NATO-nun Baltik dənizini alyansın daxili dənizinə çevirmək cəhdlərinin mənfi nəticələrinin dərk edilməsinin vacibliyini bildirmişdi.