https://sputnik.az/20231104/avstriyanin-neytralligi-kecmisde-qaldi---rusiya-sefiri-460248116.html
Avstriyanın neytrallığı keçmişdə qaldı - Rusiya səfiri
Avstriyanın neytrallığı keçmişdə qaldı - Rusiya səfiri
Sputnik Azərbaycan
Avstriya rəhbərliyinin bütün qüvvələri bacardıqları hər şeylə Kiyevi dəstəkləməyə və ayrı-seçkilik etmədən bütün ağlasığmaz günahları Moskvanın üzərinə atmağa... 04.11.2023, Sputnik Azərbaycan
2023-11-04T18:15+0400
2023-11-04T18:15+0400
2023-11-04T18:15+0400
avstriya
rusiya
neytrallıq
ukrayna
münaqişə
iclas
moskva
vyana
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/04/460247736_0:0:3226:1816_1920x0_80_0_0_8cc1680eb41ffb2d47727b5c2a2fc726.jpg
BAKI, 4 noyabr — Sputnik. Avstriyanın neytrallığı keçmişdə qalıb, bu gün Ukraynadakı münaqişədə bu ölkənin hər hansı vasitəçiliyindən danışmağa ehtiyac yoxdur. Bunu Rusiyanın Vyanadakı səfiri Dmitri Lyubinski RİA Novosti-yə bildirib. "Avstriyanın Ukrayna, indi isə Fələstin böhranı ilə bağlı mövqeyi açıq-aşkar qərəzlidir. O, ilk növbədə Kiyev və ya Təl-Əvivlə qeyd-şərtsiz həmrəyliyi vurğulayır. Beləliklə, Vyana özünü oyundan kənarda qoyur. Bu gün Avstriyanın Ukrayna münaqişəsində hər hansı vasitəçilik səylərindən danışmağa ehtiyac yoxdur", - səfir bildirib. Üstəlik, onun sözlərinə görə, konkret təkliflərdən danışmağa ehtiyac yoxdur. "Bizim heç bir illüziyamız yoxdur - Avstriya rəhbərliyinin bütün qüvvələri bacardıqları hər şeylə Kiyevi dəstəkləməyə və ayrı-seçkilik etmədən bütün ağlasığmaz günahları Moskvanın üzərinə atmağa çalışır", - diplomat əlavə edib. Agentliyin həmsöhbəti xatırladıb ki, Avstriyanın Ukraynadakı münaqişədə vasitəçiliyi ideyası Avstriya parlamentinin aşağı palatasının oktyabrın 25-də milli bayram ərəfəsində keçirilən xüsusi iclasında səsləndirilib. APS lideri Herbert Kikl ölkənin neytrallığı və suverenliyinin "respublikanın sütunları" olmasına baxmayaraq, "siyasi elita" üçün heç bir dəyər daşımadığından narahatlığını ifadə edib. Onun fikrincə, neytral dövlət kimi Avstriyanın Ukrayna məsələsində vasitəçi rolunu oynamaq şansı çox olardı, lakin hökumət bu fürsəti əldən verdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/04/460247736_290:0:3021:2048_1920x0_80_0_0_5e38dff007dc1355807c41353a0b85d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avstriya, neytrallıq, ukrayna, münaqişə, iclas, moskva, vyana, kiyev
avstriya, neytrallıq, ukrayna, münaqişə, iclas, moskva, vyana, kiyev
Avstriyanın neytrallığı keçmişdə qaldı - Rusiya səfiri
Avstriya rəhbərliyinin bütün qüvvələri bacardıqları hər şeylə Kiyevi dəstəkləməyə və ayrı-seçkilik etmədən bütün ağlasığmaz günahları Moskvanın üzərinə atmağa çalışır.
BAKI, 4 noyabr — Sputnik. Avstriyanın neytrallığı keçmişdə qalıb, bu gün Ukraynadakı münaqişədə bu ölkənin hər hansı vasitəçiliyindən danışmağa ehtiyac yoxdur. Bunu Rusiyanın Vyanadakı səfiri Dmitri Lyubinski RİA Novosti-yə bildirib.
"Avstriyanın Ukrayna, indi isə Fələstin böhranı ilə bağlı mövqeyi açıq-aşkar qərəzlidir. O, ilk növbədə Kiyev və ya Təl-Əvivlə qeyd-şərtsiz həmrəyliyi vurğulayır. Beləliklə, Vyana özünü oyundan kənarda qoyur. Bu gün Avstriyanın Ukrayna münaqişəsində hər hansı vasitəçilik səylərindən danışmağa ehtiyac yoxdur", - səfir bildirib.
Üstəlik, onun sözlərinə görə, konkret təkliflərdən danışmağa ehtiyac yoxdur. "Bizim heç bir illüziyamız yoxdur - Avstriya rəhbərliyinin bütün qüvvələri bacardıqları hər şeylə Kiyevi dəstəkləməyə və ayrı-seçkilik etmədən bütün ağlasığmaz günahları Moskvanın üzərinə atmağa çalışır", - diplomat əlavə edib.
Agentliyin həmsöhbəti xatırladıb ki, Avstriyanın Ukraynadakı münaqişədə vasitəçiliyi ideyası Avstriya parlamentinin aşağı palatasının oktyabrın 25-də milli bayram ərəfəsində keçirilən xüsusi iclasında səsləndirilib.
APS lideri Herbert Kikl ölkənin neytrallığı və suverenliyinin "respublikanın sütunları" olmasına baxmayaraq, "siyasi elita" üçün heç bir dəyər daşımadığından narahatlığını ifadə edib. Onun fikrincə, neytral dövlət kimi Avstriyanın Ukrayna məsələsində vasitəçi rolunu oynamaq şansı çox olardı, lakin hökumət bu fürsəti əldən verdi.