https://sputnik.az/20231103/rusiya-ile-muttefiqlik-munasibetlerini-saxlayan-olkeler-inkisaf-edir---overcuk-460231149.html
Rusiya ilə müttəfiqlik münasibətlərini saxlayan ölkələr inkişaf edir - Overçuk
Rusiya ilə müttəfiqlik münasibətlərini saxlayan ölkələr inkişaf edir - Overçuk
Sputnik Azərbaycan
Rusiya hökuməti baş nazirinin müavininin sözlərinə görə, əgər 2022-ci ildə Avrasiya İqtisadi İttifaqının ölkələrində inflyasiya 12,9% idisə, Aİ-də bu rəqəm... 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T19:00+0400
2023-11-03T19:00+0400
2023-11-03T19:00+0400
aleksey overçuk
rusiya
avrasiya iqtisadi ittifaqı
aii
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437294562_0:153:3083:1887_1920x0_80_0_0_13e32173c47d8ce2d83eb67097ef9772.jpg
BAKI, 3 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı ölkələrində ümumi daxili məhsulda (ÜDM) ciddi artım müşahidə olunub. BELTA xəbər verir ki, bunu Səmərqənddə XVI Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.“Xüsusilə sevindirici haldır ki, Rusiya ilə müttəfiqlik münasibətlərini saxlayan ölkələr bizimlə birgə inkişaf edir.Beləliklə, 2022-ci ildə Aİİ-nin “beşlik” ölkəsində ÜDM artımı belə olub: Ermənistanda - 12,6%, Qazaxıstanda - 3,2%, Qırğızıstanda - 7%. Özbəkistanda da yaxşı artım templəri var”, - Overçuk bildirib.Hətta Rusiya kimi sanksiyalar altında olan Belarusda da ötən il iqtisadi tənəzzül cəmi 4,7% olub. 2023-cü ildə isə iqtisadiyyat güclü artıma keçib. Bunları da Rusiya Federasiyası Baş nazirinin müavini qeyd edib.O, həmçinin Aİİ və Avropa İttifaqı ölkələrində inflyasiya göstəricilərini müqayisə edib.Overçukun sözlərinə görə, 2022-ci ildə Aİİ ölkələrində inflyasiya 12,9% səviyyəsində idisə, Avropa İttifaqında bu rəqəm 19,3%-ə çatıb. “Üstəlik, Moldova, Estoniya, Latviya və Litva kimi postsovet məkanı ölkələrini götürsək, onda bu rəqəm 30%-dən 38%-ə qədər olub”, - Rusiya hökuməti sədrinin müavini vurğulayıb.Ənənəvi olaraq Qərbin və Şərqin siyasətçilərini, ekspertlərini, diplomatlarını, böyük şirkət rəhbərlərini və jurnalistlərini bir araya gətirən tədbir 14 il ərzində, hətta COVID-19 pandemiyası zamanı İtaliyanın Verona şəhərində keçirilib.Lakin geosiyasi reallıqlar təşkilatçıları forumun ənənəvi yerini dəyişməyə məcbur edib. Ötən il ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. Bu dəfə foruma Özbəkistan ev sahibliyi edir.“Atlantik Okeanından Sakit Okeana qədər Etimad İqtisadiyyatı və Biznes Diplomatiyası” devizi altında keçirilən tədbir Şərqlə Qərb arasında əlaqə yaratmaq cəhdi olacaq.Forum Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə “Avrasiyanı tanıyaq” (İtaliya) qeyri-kommersiya assosiasiyası tərəfindən təşkil olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437294562_6:0:2735:2047_1920x0_80_0_0_c75bc2440ea4793e6f5041fdffe867f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksey overçuk, avrasiya iqtisadi ittifaqı, aii
aleksey overçuk, avrasiya iqtisadi ittifaqı, aii
Rusiya ilə müttəfiqlik münasibətlərini saxlayan ölkələr inkişaf edir - Overçuk
Rusiya hökuməti baş nazirinin müavininin sözlərinə görə, əgər 2022-ci ildə Avrasiya İqtisadi İttifaqının ölkələrində inflyasiya 12,9% idisə, Aİ-də bu rəqəm, 19,3% olub.
BAKI, 3 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı ölkələrində ümumi daxili məhsulda (ÜDM) ciddi artım müşahidə olunub. BELTA xəbər verir ki, bunu Səmərqənddə XVI Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Xüsusilə sevindirici haldır ki, Rusiya ilə müttəfiqlik münasibətlərini saxlayan ölkələr bizimlə birgə inkişaf edir.Beləliklə, 2022-ci ildə Aİİ-nin “beşlik” ölkəsində ÜDM artımı belə olub: Ermənistanda - 12,6%, Qazaxıstanda - 3,2%, Qırğızıstanda - 7%. Özbəkistanda da yaxşı artım templəri var”, - Overçuk bildirib.
Hətta Rusiya kimi sanksiyalar altında olan Belarusda da ötən il iqtisadi tənəzzül cəmi 4,7% olub. 2023-cü ildə isə iqtisadiyyat güclü artıma keçib. Bunları da Rusiya Federasiyası Baş nazirinin müavini qeyd edib.
O, həmçinin Aİİ və Avropa İttifaqı ölkələrində inflyasiya göstəricilərini müqayisə edib.
Overçukun sözlərinə görə, 2022-ci ildə Aİİ ölkələrində inflyasiya 12,9% səviyyəsində idisə, Avropa İttifaqında bu rəqəm 19,3%-ə çatıb. “Üstəlik, Moldova, Estoniya, Latviya və Litva kimi postsovet məkanı ölkələrini götürsək, onda bu rəqəm 30%-dən 38%-ə qədər olub”, - Rusiya hökuməti sədrinin müavini vurğulayıb.
Ənənəvi olaraq Qərbin və Şərqin siyasətçilərini, ekspertlərini, diplomatlarını, böyük şirkət rəhbərlərini və jurnalistlərini bir araya gətirən tədbir 14 il ərzində, hətta COVID-19 pandemiyası zamanı İtaliyanın Verona şəhərində keçirilib.
Lakin geosiyasi reallıqlar təşkilatçıları forumun ənənəvi yerini dəyişməyə məcbur edib. Ötən il ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. Bu dəfə foruma Özbəkistan ev sahibliyi edir.
“Atlantik Okeanından Sakit Okeana qədər Etimad İqtisadiyyatı və Biznes Diplomatiyası” devizi altında keçirilən tədbir Şərqlə Qərb arasında əlaqə yaratmaq cəhdi olacaq.
Forum Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə “Avrasiyanı tanıyaq” (İtaliya) qeyri-kommersiya assosiasiyası tərəfindən təşkil olunub.