Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qruşko: Baltik dənizi Rusiya üçün bağlansa, NATO üçün də bağlanacaq

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Bundan əvvəl bir sıra NATO ölkələri Finlandiyadan sonra və İsveçin də alyansa qoşulmasından sonra faktiki olaraq Baltik dənizində Rusiya gəmilərinin hərəkətinə faktiki maneə olacağını bəyan etmişdilər.
BAKI, 3 noyabr — Sputnik. NATO başa düşür ki, Baltik dənizini Rusiya gəmiləri üçün bağlamaq cəhdləri olarsa, o, Şimali Atlantika Alyansı üzvlərinin özləri üçün bağlanacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
O, Səmərqənddə Verona Avrasiya İqtisadi Forumunda jurnalistlərə deyib: "NATO-da qərar qəbul edənlər və hərbi strateqlər yaxşı bilirlər ki, Baltik dənizinin Rusiyaya bağlanması Baltik dənizini hamı üçün bağlamaq deməkdir".
Bundan əvvəl bir sıra NATO ölkələri Finlandiyadan sonra və İsveçin də alyansa qoşulmasından sonra faktiki olaraq Baltik dənizində Rusiya gəmilərinin hərəkətinə faktiki maneə olacağını bəyan etmişdilər.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.
Xəbər lenti
0