https://sputnik.az/20231102/sverdlovsk-vilayeti-azerbaycana-mese-mehsullarinin-tedarukunu-defelerle-artirmaga-hazirdir-460174573.html
Sverdlovsk vilayəti Azərbaycana meşə məhsullarının tədarükünü dəfələrlə artırmağa hazırdır
Sverdlovsk vilayəti Azərbaycana meşə məhsullarının tədarükünü dəfələrlə artırmağa hazırdır
Sputnik Azərbaycan
Sverdlovsk vilayətinin işgüzar missiyasının Bakıya səfərinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyi gözlənilir. 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T10:53+0400
2023-11-02T10:53+0400
2023-11-02T10:53+0400
meşə
rusiya
rusiya
sverdlovsk vilayəti
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442722310_0:256:2730:1792_1920x0_80_0_0_0051daa45152781cfacbef8520e88927.jpg
BAKI, 2 noyabr — Sputnik. Rusiyanın Sverdlovsk vilayəti Azərbaycana meşə məhsullarının tədarükünü çoxaltmağa hazırdır. Bunu vilayət qubernatorunun müavini Vasili Kozlov bildirib. Onun sözlərinə görə, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi mövcud potensiala uyğun deyil. Sverdlovsk vilayətinin işgüzar missiyasının Bakıya səfərinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyi gözlənilir. Qubernator müavininin sözlərinə görə, son illər Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 100 milyon dollar həcmindədir ki, bunun da, təxminən 90 milyon dollarını Azərbaycana ixrac təşkil edir, 10 milyon dolları isə respublikadan idxal olunur. O qeyd edib ki, beş il ərzində Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsini iki dəfə artırmaq planlaşdırılır. Kozlov, həmçinin bildirib ki, Sverdlovsk vilayətinin biznes missiyası Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səhiyyə Nazirliyində görüş keçirməyi planlaşdırır. Qubernator müavininin sözlərinə görə, bu məsələdə Azərbaycandan da keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çox vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442722310_0:0:2730:2048_1920x0_80_0_0_db9fd4db49cfb1fe3aa0a32b659b7028.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
meşə, rusiya, sverdlovsk vilayəti, azərbaycan
meşə, rusiya, sverdlovsk vilayəti, azərbaycan
Sverdlovsk vilayəti Azərbaycana meşə məhsullarının tədarükünü dəfələrlə artırmağa hazırdır
Sverdlovsk vilayətinin işgüzar missiyasının Bakıya səfərinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyi gözlənilir.
BAKI, 2 noyabr — Sputnik. Rusiyanın Sverdlovsk vilayəti Azərbaycana meşə məhsullarının tədarükünü çoxaltmağa hazırdır. Bunu vilayət qubernatorunun müavini Vasili Kozlov bildirib.
Onun sözlərinə görə, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi mövcud potensiala uyğun deyil.
Sverdlovsk vilayətinin işgüzar missiyasının Bakıya səfərinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyi gözlənilir.
"Biz Azərbaycandan Sverdlovsk vilayətinə tərəvəz və meyvə tədarükünün artacağını gözləyirik", - deyə Kozlov "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən brifinqdə deyib.
Qubernator müavininin sözlərinə görə, son illər Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 100 milyon dollar həcmindədir ki, bunun da, təxminən 90 milyon dollarını Azərbaycana ixrac təşkil edir, 10 milyon dolları isə respublikadan idxal olunur.
O qeyd edib ki, beş il ərzində Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsini iki dəfə artırmaq planlaşdırılır.
Kozlov, həmçinin bildirib ki, Sverdlovsk vilayətinin biznes missiyası Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səhiyyə Nazirliyində görüş keçirməyi planlaşdırır.
"Bundan əlavə, Azərbaycan ilə Sverdlovsk vilayəti arasında nəqliyyat və logistika infrastrukturunun inkişafı çox vacibdir", - deyə o qeyd edib.
Qubernator müavininin sözlərinə görə, bu məsələdə Azərbaycandan da keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çox vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.