https://sputnik.az/20231102/rusiya-xn-taxil-sazisinin-berpasi-ucun-sertleri-aciqladi-460170847.html
Rusiya XİN taxıl sazişinin bərpası üçün şərtləri açıqladı
Rusiya XİN taxıl sazişinin bərpası üçün şərtləri açıqladı
Sputnik Azərbaycan
Qara dəniz dəhlizi ilə bağlı müqavilənin müddətini bir neçə dəfə uzatmış Rusiya xatırladıb ki, müqavilənin Rusiya Federasiyasına aid hissəsi - kənd təsərrüfatı... 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T10:23+0400
2023-11-02T10:23+0400
2023-11-02T10:23+0400
rusiya
taxıl
idxal
rusiya
qərb
saziş
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546886_0:160:3072:1888_1920x0_80_0_0_116831fd60dfe40fb43ec026a849a570.jpg
BAKI, 2 noyabr — Sputnik. Moskva taxıl sazişinin bərpası üçün Rusiya-BMT memorandumunun müddəalarının tam yerinə yetirilməsinin zəruriliyini bəyan edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk TASS-a müsahibəsində bildirib. Taxıl müqaviləsi iyulun 17-də başa çatıb. 2022-ci ilin iyulunda Ukrayna taxılını daşıyan gəmilər üçün Qara dəniz dəhlizi ilə bağlı müqavilənin müddətini bir neçə dəfə uzatmış Rusiya xatırladıb ki, müqavilənin Rusiya Federasiyasına aid hissəsi - kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması heç vaxt yerinə yetirilməyib.Moskva onu da diqqətə çatdırıb ki, müqavilələr ən kasıb ölkələrə ərzaq göndərilməsi üçün nəzərdə tutulsa da, Ukraynadan taxılın əsas hissəsi inkişaf etmiş Qərb ölkələrinə gedib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya sövdələşməyə qayıtmağa hazırdır, ancaq Moskva ilə bağlı hissə yerinə yetirildikdə mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546886_171:0:2902:2048_1920x0_80_0_0_fa4e3285767587311741637c0e6d4eb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, idxal, rusiya, qərb, saziş
taxıl, idxal, rusiya, qərb, saziş
Rusiya XİN taxıl sazişinin bərpası üçün şərtləri açıqladı
Qara dəniz dəhlizi ilə bağlı müqavilənin müddətini bir neçə dəfə uzatmış Rusiya xatırladıb ki, müqavilənin Rusiya Federasiyasına aid hissəsi - kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması heç vaxt yerinə yetirilməyib.
BAKI, 2 noyabr — Sputnik. Moskva taxıl sazişinin bərpası üçün Rusiya-BMT memorandumunun müddəalarının tam yerinə yetirilməsinin zəruriliyini bəyan edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk TASS-a müsahibəsində bildirib.
"Qara dəniz təşəbbüsünün bərpası ssenarisinin mümkünlüyünə gəlincə, Rusiyanın mövqeyi belədir ki, ilk növbədə yerli kənd təsərrüfatı məhsullarının ixracının normallaşdırılmasına dair Rusiya-BMT memorandumu çərçivəsində tapşırıqları tam yerinə yetirmək lazımdır. BMT-nin səylərinə baxmayaraq, biz istehsal və ixracla, o cümlədən bank ödənişləri, sığorta, nəqliyyat logistikası və ehtiyat hissələrinin tədarükü sahələrində iştirak edən iqtisadi operatorlarımızdan sanksiyaların götürülməsində irəliləyiş görməmişik", - diplomat qeyd edib.
Taxıl müqaviləsi iyulun 17-də başa çatıb. 2022-ci ilin iyulunda Ukrayna taxılını daşıyan gəmilər üçün Qara dəniz dəhlizi ilə bağlı müqavilənin müddətini bir neçə dəfə uzatmış Rusiya xatırladıb ki, müqavilənin Rusiya Federasiyasına aid hissəsi - kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması heç vaxt yerinə yetirilməyib.
Moskva onu da diqqətə çatdırıb ki, müqavilələr ən kasıb ölkələrə ərzaq göndərilməsi üçün nəzərdə tutulsa da, Ukraynadan taxılın əsas hissəsi inkişaf etmiş Qərb ölkələrinə gedib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya sövdələşməyə qayıtmağa hazırdır, ancaq Moskva ilə bağlı hissə yerinə yetirildikdə mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.