Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb rüşvət və hədələrlə BRİKS-in genişlənməsinin qarşısını almağa çalışır

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS loqosu, arxiv şəkli
BRİKS loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini vurğulayıb ki, BRİKS-ə yeni üzvlərin qoşulması təkcə Rusiya diplomatiyasının uğuru deyil, həm də təşkilatın bütün üzvlərinin birgə nailiyyətidir.
BAKI, 2 noyabr — Sputnik. Qərb emissarları rüşvətxorluq və təhdidlərlə BRİKS-in genişlənməsinin qarşısını almağa çalışırlar, lakin onlar buna nail ola bilməyəcəklər.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini Aleksandr Venediktov “RİA Novosti”yə müsahibəsində bildirib.

"Belə obyektiv tendensiyalar (BRİKS-in genişlənməsi - red.) əlbəttə ki, qərbliləri sevindirmir. Onlar yalnız elita üçün yeni dünya qurmaq istəyirlər ki, burada hər kəsin hüquq və maraqları, sadəcə olaraq nəzərə alınmayacaq. Biz onların emissarlarının ya rüşvət, ya da təhdidlərlə tarixin təbii axarını dəyişmək ümidi ilə dünyanın müxtəlif bölgələrinə sonsuz səfərlərini görürük”, - deyə Venediktov bildirib.

Onun sözlərinə görə, Qərbin beynəlxalq əməkdaşlığın çoxqütblü modelini gözdən salmaq cəhdlərinin uğurlu olmadığı artıq bəlli olub.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini vurğulayıb ki, BRİKS-ə yeni üzvlərin qoşulması təkcə Rusiya diplomatiyasının uğuru deyil, həm də təşkilatın bütün üzvlərinin birgə nailiyyətidir.
"Lakin əsas odur ki, bu, regional liderlərin kompromis yanaşmalar tapmaq və dünyanın əksər dövlətləri ilə qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq qurmaq obyektiv istəyinin sübutudur", - deyə Venediktov izah edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının nümayəndəsi xüsusilə qeyd edib ki, BRİKS-in genişləndirilməsi və digər dövlətlərin - qlobal cənubun nümayəndələrinin onun fəaliyyətinə qoşulması prosesi, şübhəsiz ki, davam edəcək.
Xatırladaq ki, BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Avqustda keçirilən Yohannesburq sammitində Argentina, Misir, İran, Efiopiya, BƏƏ və Səudiyyə Ərəbistanının 2024-cü il yanvarın 1-dən təşkilata tamhüquqlu üzv olmağa dəvət edilməsi barədə qərar elan edilib. May ayında Belarus assosiasiyaya qəbul olunmaq xahişi ilə BRİKS üzvlərinə müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0