https://sputnik.az/20231101/veten-muharibesinin-xronikasi-36-ci-gun-448097825.html
Vətən müharibəsinin xronikası: 36-cı gün
Vətən müharibəsinin xronikası: 36-cı gün
Sputnik Azərbaycan
Sputnik Azərbaycan 44 günlük Vətən müharibəsinin hər gününü xatırlatmağa davam edir. 01.11.2023, Sputnik Azərbaycan
2023-11-01T07:31+0400
2023-11-01T07:31+0400
2023-10-31T21:04+0400
qarabağ
tarixdə bu gün
payızın 44 anı
vətən müharibəsi
müdafiə nazirliyi
artilleriya
artilleriya qurğusu
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425110487_0:0:2109:1186_1920x0_80_0_0_e69f6fc65176f076f426c486dd68c835.jpg
BAKI, 1 noyabr - Sputnik. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.Müdafiə Nazirliyinin məlumatına əsasən, Vətən müharibəsinin 36-cı günü - noyabrın 1-də döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, bir ədəd piyada döyüş maşını, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.Ermənistan silahlı qüvvələrinin döyüş sursatı yüklənmiş hərbi yük maşınları partladılıb.Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.Tərtər rayonunun yaşayış məntəqələri növbəti dəfə artilleriya atəşinə tutulub.Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb.Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425110487_228:0:2109:1411_1920x0_80_0_0_7a5209108e466c0b85697fd70cae2958.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarixdə bu gün , payızın 44 anı, vətən müharibəsi, müdafiə nazirliyi, artilleriya, artilleriya qurğusu
tarixdə bu gün , payızın 44 anı, vətən müharibəsi, müdafiə nazirliyi, artilleriya, artilleriya qurğusu
Vətən müharibəsinin xronikası: 36-cı gün
Sputnik Azərbaycan 44 günlük Vətən müharibəsinin hər gününü xatırlatmağa davam edir.
BAKI, 1 noyabr - Sputnik. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
Müdafiə Nazirliyinin məlumatına əsasən, Vətən müharibəsinin 36-cı günü - noyabrın 1-də döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, bir ədəd piyada döyüş maşını, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin döyüş sursatı yüklənmiş hərbi yük maşınları partladılıb.
Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.
Tərtər rayonunun yaşayış məntəqələri növbəti dəfə artilleriya atəşinə tutulub.
Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb.
Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib.