Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən varlı insanları sərvətlərini daha da artırdılar

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidLUKoil ASC-nin prezidenti Vahid Ələkbərov
LUKoil ASC-nin prezidenti Vahid Ələkbərov - Sputnik Azərbaycan, 1920, 01.11.2023
Abunə olmaq
Sərvəti ən çox artan isə həmvətənimiz Vahid Ələkbərov olub. "Lukoil" sahibi 7,83 milyard dollar varlanıb və onun sərvəti 23,2 milyard dollara bərabərdir.
BAKI, 1 noyabr — Sputnik. İlin əvvəlindən Rusiyanın ən varlı insanları daha 24 milyard dollar varlanıblar.
Sərvəti ən çox artan isə həmvətənimiz Vahid Ələkbərov olub.
"Bloomberg Billionaires Index"-ə görə "Lukoil" sahibi 7,83 milyard dollar varlanıb və onun sərvəti 23,2 milyard dollara bərabərdir.
Sərvəti artanlar arasında "Nornikel" müəssisəsinin əsas səhmdarlarında olan Vladimir Potanin də var. O, bu il daha 781 milyon dollar varlanıb və 29,4 milyard dollar ümumi sərvətə sahibdir.
Varlananlardan biri də "Novatek" şirkətinin həmsahiblərindən olan Leonid Mixelsondur. Onun var-dövləti 3,05 milyard artaraq 27,7 milyard dollara çatıb.
Qeyd edək ki, 2012-ci ilin martında istifadəyə verilən "Bloomberg Billionaires Index"si dünyanın ən zəngin 500 adamının xalis sərvətinə görə reytinqidir.
Xəbər lenti
0