Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyanı zəiflətmək istəyir - Patruşev

© Sputnik / Арам НерсесянRusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 31.10.2023
Abunə olmaq
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, onların məqsədi Rusiyanın inkişafının qarşısını almaq, sənaye potensialını zəiflətmək və mahiyyət etibarı ilə onu öz müstəqil inkişaf yolunu seçmək hüququndan imtina etməyə məcbur etməkdir.
BAKI, 31 oktyabr — Sputnik. Qərb Rusiyanı müstəqil inkişafdan imtina etməyə məcbur etmək üçün ona qarşı real iqtisadi müharibə apardı, indi Moskvaya qarşı 12-ci sanksiyalar paketi hazırlanır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"Onlar artıq ölkəmizə qarşı bir neçə qeyri-qanuni sanksiyalar paketi tətbiq ediblər. Sanksiyalarla bizim kritik əhəmiyyətli və qabaqcıl texnologiyalara çıxışımızı bilərəkdən məhdudlaşdırdılar. İlk növbədə, elektron komponentlər bazası, yüksək texnologiyalı maşınqayırma, təyyarə istehsalı və gəmiqayırma, yanacaq-energetika kompleksi üçün avadanlıq və texnologiyalar sahələri hücuma məruz qaldı", - Patruşev qeyd edib.

Xəbər lenti
0