Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin təzyiqinə qarşı çıxmaq üçün MDB, ŞƏT və Aİİ-nin qarşılıqlı əlaqəsi dərinləşməlidir

© Sputnik / Тимур БатыршинMDB-nin baş katibi Sergey Lebedev
MDB-nin baş katibi Sergey Lebedev  - Sputnik Azərbaycan, 1920, 31.10.2023
Abunə olmaq
Bu gün Minskdə keçirilən MDB ölkələrinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasında Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi ilə AİK arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Aİİ və MDB-nin hüquqi bazalarının birləşdirilməsi məsələləri müzakirə olunacaq.
BAKI, 31 oktyabr — Sputnik. Elvin Səlimov. Qərbin təzyiqlərinə birgə müqavimət göstərmək üçün Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ), BRİKS və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşılıqlı fəaliyyəti çox vacibdir. Bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
"Mən bu qarşılıqlı əlaqəni mütərəqqi adlandırardım. Biz qarşılıqlı əlaqəni dərinləşdiririk, yeni təmas nöqtələri tapmağa çalışırıq, mütəmadi görüşürük. Onu da qeyd edək ki, ŞƏT, KTMT, MDB ölkələri arasında birgə hərbi və antiterror təlimlər keçirilir. Bütün bunlar bizim qarşılıqlı fəaliyyətimizin gücləndirilməsinə kömək edir. İndiki şəraitdə bizə elə gəlir ki, bu strukturların qarşılıqlı fəaliyyəti, kollektiv Qərbin təzyiqlərinə qarşı müqavimət baxımından çox vacibdir", - deyə o, Minskdə Minskdə BMT-nin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası başlamazdan əvvəl jurnalistlərə bildirib.
Lebedev vurğulayıb ki, MDB, ŞƏT və KTMT üzvləri bir yerdə olmalı, öz fəaliyyətlərini əlaqələndirməlidirlər.
"Biz kollektiv Qərbdən gələn hücumlara və təzyiqlərə kollektiv şəkildə müqavimət göstərməliyik", - Baş katib deyib.
O əlavə edib ki, Belarusun ən qısa zamanda ŞƏT-ə üzv olmaq istəyini müsbət qiymətləndirir.
"Bu, Belarus Respublikasının məntiqi istəyidir. Mən bu yaxınlarda ŞƏT ölkələrinin Hökumət Başçıları Şurasının iclasında iştirak etdim. Məmnuniyyətlə, ŞƏT-ə üzv ölkələrin əksəriyyəti elarusa bu Şanxay Əməkdaşlıq Təşkilatına ən qısa zamanda tamhüquqlu üzvlük verilməsi istəyinin lehinə çıxış etdilər. Mənə elə gəlir ki, bu, təşkilatı gücləndirəcək. Bu, Belarus Respublikasının beynəlxalq mövqeyini gücləndirməyə kömək edəcək", - Lebedev əlavə edib.
Hazırda ŞƏT-in üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Özbəkistan və İrandır. 2015-ci ildən təşkilatda müşahidəçi statusuna malik olan Belarusun təşkilata qəbulu proseduru 2022-ci il sentyabrın ortalarında Səmərqənddə keçirilən ŞƏT sammitində başlayıb. 2023-cü ilin iyulunda Yeni Dehlidə keçirilən görüşdə ŞƏT ölkələrinin liderləri Belarusun assosiasiyaya qoşulma öhdəlikləri haqqında memorandum imzalayıblar. Minskin ŞƏT-ə qoşulması prosesinin təşkilatın 2024-cü ildə Astanada keçirilməsi planlaşdırılan növbəti sammitinə qədər yekunlaşacağı gözlənilir.
Bu gün Minskdə MDB İcraiyyə Komitəsində MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) iclası keçirilir.
İclasda MDB Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclaslarının nəticələrinə yekun vurulacaq. Bundan əlavə, Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri MDB-də beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi, Birliyin İcraiyyə Komitəsi ilə Avrasiya İqtisadi Komissiyası arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, Aİİ və MDB-nin hüquqi bazalarının birləşdirilməsi məsələləri üzrə qurumlararası məsləhətləşmələr məsələlərinə baxmaq niyyətindədirlər.
Xəbər lenti
0