https://sputnik.az/20231030/xususi-riskli-xilasetme-xidmeti-cevik-qrupu-alatavada-silah-askarladi-460074770.html
Xüsusi Riskli Xilasetmə Xidməti çevik qrupu Alatavada silah aşkarladı
Xüsusi Riskli Xilasetmə Xidməti çevik qrupu Alatavada silah aşkarladı
Sputnik Azərbaycan
Aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 "Belka" 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib. 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T13:44+0400
2023-10-30T13:44+0400
2023-10-30T13:44+0400
fhn
paytaxt xəbərləri
silah
"birinci alatava"
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1e/460074603_10:0:527:291_1920x0_80_0_0_e9cdb1960f9f2f9f434083842f48d4f5.jpg
BAKI, 30 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə silah aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 "Belka" 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib. Silah XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1e/460074603_74:0:462:291_1920x0_80_0_0_39c070edab82ee9c4896fdebb7fcbee2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, silah, "birinci alatava"
fhn, silah, "birinci alatava"
Xüsusi Riskli Xilasetmə Xidməti çevik qrupu Alatavada silah aşkarladı
Aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 "Belka" 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.
BAKI, 30 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə silah aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 "Belka" 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.
Silah XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.