Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna ordusunun son sutkadakı itkiləri açıqlandı

© SputnikUkrayna ordusunun məhv edilmiş hərbi texnikası
Ukrayna ordusunun məhv edilmiş hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının Zaporojye vilayətinin Rabotino kəndi istiqamətində hücum qrupunun hücumu dəf edilib.
BAKI, 30 oktyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Donetsk istiqamətində "Cənub" qrupu 24 saat ərzində "DXR"də Marinka, Andreevka və Kleşçeevka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasını vurub. Ukraynanın itkiləri 285 hərbi qulluqçu və 8 texnika təşkil edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya MN-in məlumatına görə, Donetsk istiqamətində "Cənub" qoşun qruplaşmasının bölmələri artilleriya və ağır atəş sistemlərinin dəstəyi ilə Ukrayna ordusunun 22-ci mexanikləşdirilmiş, 79-cu hava hücumu və 4-cü tank briqadalarının şəxsi heyəti və texnikasına zərbələr endirib.

"Bu istiqamətdə düşmənin ümumi itkiləri 285 nəfər hərbçi, iki zirehli döyüş maşını, üç texnika təşkil edib. Əks-batareya döyüşü zamanı ABŞ istehsalı olan iki M777 artilleriya sistemi, eləcə də "Qvozdika" özüyeriyən artilleriya sistemi vurulub", - deyə MN-dən bildirilib.

Zaporojye istiqaməti
Son sutka ərzində Rusiya qoşunlarının Zaporojye istiqamətindəki bölmələri aviasiya, artilleriya və ağır atəş sistemlərinin dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının Zaporojye vilayətinin Rabotino kəndi istiqamətində hücum qrupunun hücumunu dəf edib.
"Düşmən itkiləri 220-yə qədər hərbçi və iki tank, Almaniya istehsalı "Leopard", iki zirehli döyüş maşını və üç pikap zərərsizləşdirilib", – Rusiya MN qeyd edib.
Bundan əlavə, hərbi idarənin dməlumatına görə, əks batareya döyüşü zamanı ABŞ istehsalı olan iki M777 artilleriya sistemi, Polşa istehsalı olan "Krab" özüyeriyən artilleriya qurğusu və "Msta-B" haubitsası vurulub.
Kupyansk istiqaməti
Kupyansk istiqamətində aviasiya, artilleriya atəşi və ağır atəş sistemləri ilə dəstəklənən "Qərb" qoşun qrupu Ukrayna Silahlı Qüvvələrinin 54-cü mexanikləşdirilmiş və 57-ci motoatıcı briqadalarının Xarkov vilayətinin Sinkovka və Timkovka rayonlarında hücum qruplarının doqquz hücumunu dəf edib. "Düşmənin itkiləri 90 nəfərə qədər hərbi qulluqçu, iki tank, üç piyada döyüş maşını və iki minik avtomobili olub", - deyə Müdafiə Nazirliyindən bildirilib.
Krasnolimansk istiqaməti
Krasnolimansk istiqamətində Mərkəz qrupu ordu aviasiyası və artilleriyasının dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 24-cü mexanikləşdirilmiş briqadasının və Milli Qvardiyanın 5-ci briqadasının Qriqorovka və Kirovo rayonlarında hücum qruplarının iki hücumu dəf edilib.

"Ukrayna Silahlı Qüvvələrinin gündəlik itkiləri 70-ə qədər hərbçi və üç pikap olub", - nazirlik qeyd edib.

Cənubi Donetsk istiqaməti
Departamentin məlumatına görə, Cənubi Donetsk istiqamətində "Vostok" qoşun qruplaşmasının bölmələri ordu aviasiyası və artilleriyası ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş, 79-cu hava hücumu briqadalarının, 105-ci və 118-ci dəhşətli briqadalarənın Zaporojye, Novomixailovka, Nikolski və Uqledar "DXR"nin Priyutnı rayonlarında düşmənə sarsıdıcı zərbələr endirilibş Nəticədə düşmən 100-dən çox hərbçisini, iki zirehli transportyorunu, iki pikapını, həmçinin bir "Giatsint-B" topunu itirib.
Xerson istiqaməti
Rusiya hərbçiləri Xerson istiqamətində bir gündə 70-ə qədər Ukrayna əsgərini və 3 texnikanı məhv edib. Bundan əlavə, Msta-B və D-20 haubitsaları, həmçinin Giatsint-B topları vurulub.
Rusiya ordusu Xarkov vilayətinin Stepovaya Novoselovka, Serebryanka (DXR) və Nikolayev vilayətinin Lepetixa ərazilərində 43-cü və 67-ci mexanikləşdirilmiş briqadaların, 35-ci dəniz piyada briqadalarının və 31-ci əməliyyat briqadalarının komanda məntəqələrinə zərbələr endirib.
"Çerkassı vilayətinin Dubyevka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus aviasiya silahlarının arsenalı məhv edilib", - məlumatda deyilir.
Hava hücumundan müdafiə işi
Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə sistemləri iki HIMARS RYAS mərmisini vurub.
"Həmçinin, Xarkov vilayətinin Olşana, "LXR"in Kremennaya, Zolotarevka, Nırkovo, Beloqorivka, "DXR"in Staromlınovka, Novoluqansk, Zaporojye vilayətinin Verxnetoretsko, Oçeretovato, Xerson vilayətinin Krınki,Proletarka yaşayış məntəqələri ərazilərində 39 pilotsuz uçuş aparatı məhv edilib", - məlumatda deyilir.
Əməliyyatın başlanğıcından bəri
Ümumilikdə, xüsusi əməliyyat başlayandan bəri Ukraynaya məxsus 517 hərbi təyyarə, 253 helikopter, 8431 pilotsuz uçuş aparatı, 441 zenit-raket kompleksi, 13019 tank və digər zirehli döyüş texnikası, 1170 ədəd reaktiv yaylım atəşi sistemi, 6913 raket kompleksi artilleriya qurğuları və minaatan, o cümlədən 14 776 ədəd xüsusi təyinatlı hərbi texnika sıradan çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0