https://sputnik.az/20231030/soyqu-rusiya-ukraynadaki-bohranin-nizamlanmasi-uzre-danisiqlara-hazirdir-460071492.html
Şoyqu: Rusiya Ukraynadakı böhranın nizamlanması üzrə danışıqlara hazırdır
Şoyqu: Rusiya Ukraynadakı böhranın nizamlanması üzrə danışıqlara hazırdır
Sputnik Azərbaycan
Şoyqu BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bərabərhüquqlu münasibətlərin təmin edilməsinin vacibliyini qeyd edib. 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T11:23+0400
2023-10-30T11:23+0400
2023-10-30T11:23+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiya
bmt
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1255:705_1920x0_80_0_0_b987321200e80839cc21b81cc1595bd8.jpg
BAKI, 30 oktyabr — Sputnik. Moskva Ukrayna böhranının münaqişədən sonrakı həlli və Qərblə gələcək birgəyaşayış üzrə müzakirələrə hazırdır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Siyanşans Təhlükəsizlik Forumunda bildirib. "Əgər lazımi şərait yaranarsa, biz həm Ukrayna böhranının münaqişədən sonrakı həlli, həm də bütövlükdə Qərblə gələcək birgəyaşayış parametrləri üzrə real əsasda siyasi müzakirələrə hazırıq", - o deyib. Şoyqu həmçinin sülhün və qlobal sabitliyin qorunmasında xüsusi məsuliyyət daşıyan bütün nüvə gücləri - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bərabərhüquqlu münasibətlərin təmin edilməsinin vacibliyini qeyd edib. Eyni zamanda, bunun üçün bütün maraqlı ölkələrin səylərini birləşdirmək lazım olduğunu vurğulayıb. O, həmçinin Vaşinqton və onun müttəfiqlərinin iqlim dəyişikliyi və fövqəladə hallardan qondarma humanitar müdaxilələr üçün bəhanə kimi istifadə etmək cəhdlərinə diqqət çəkib. "Əvvəllər bu cür səylərin vurğulanması insan hüquqlarının müdafiəsi məsələlərinə yönəlirdi. Onların guya pozulması üçüncü ölkələrdə silahlı qüvvələrin yerləşdirilməsi üçün əsas hesab olunurdu", - deyə nazir bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar və onun müttəfiqləri tərəfindən Hind-Sakit okean strategiyalarına əsaslanan ABŞ mərkəzli çəkindirmə şəbəkəsi Asiya-Sakit okean regionunda NATO-nun avanqardı rolunu oynayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1113:835_1920x0_80_0_0_74af6d822f07ad885e6c1597cd790d24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyanın müdafiə naziri sergey şoyqu, bmt, təhlükəsizlik şurası
rusiyanın müdafiə naziri sergey şoyqu, bmt, təhlükəsizlik şurası
Şoyqu: Rusiya Ukraynadakı böhranın nizamlanması üzrə danışıqlara hazırdır
Şoyqu BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bərabərhüquqlu münasibətlərin təmin edilməsinin vacibliyini qeyd edib.
BAKI, 30 oktyabr — Sputnik. Moskva Ukrayna böhranının münaqişədən sonrakı həlli və Qərblə gələcək birgəyaşayış üzrə müzakirələrə hazırdır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Siyanşans Təhlükəsizlik Forumunda bildirib.
"Əgər lazımi şərait yaranarsa, biz həm Ukrayna böhranının münaqişədən sonrakı həlli, həm də bütövlükdə Qərblə gələcək birgəyaşayış parametrləri üzrə real əsasda siyasi müzakirələrə hazırıq", - o deyib.
Şoyqu həmçinin sülhün və qlobal sabitliyin qorunmasında xüsusi məsuliyyət daşıyan bütün nüvə gücləri - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bərabərhüquqlu münasibətlərin təmin edilməsinin vacibliyini qeyd edib.
"Ədalətli, çoxqütblü dünya nizamının formalaşdırılması üçün beynəlxalq təhlükəsizliyin arxitekturasını yeniləmək və ona daha böyük sabitlik vermək lazımdır", - Rusiya MN rəhbəri deyib.
Eyni zamanda, bunun üçün bütün maraqlı ölkələrin səylərini birləşdirmək lazım olduğunu vurğulayıb.
O, həmçinin Vaşinqton və onun müttəfiqlərinin iqlim dəyişikliyi və fövqəladə hallardan qondarma humanitar müdaxilələr üçün bəhanə kimi istifadə etmək cəhdlərinə diqqət çəkib.
"Əvvəllər bu cür səylərin vurğulanması insan hüquqlarının müdafiəsi məsələlərinə yönəlirdi. Onların guya pozulması üçüncü ölkələrdə silahlı qüvvələrin yerləşdirilməsi üçün əsas hesab olunurdu", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar və onun müttəfiqləri tərəfindən Hind-Sakit okean strategiyalarına əsaslanan ABŞ mərkəzli çəkindirmə şəbəkəsi Asiya-Sakit okean regionunda NATO-nun avanqardı rolunu oynayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.