https://sputnik.az/20231030/simali-qafqazda-sabitliyi-pozmaq-cehdleri-ugursuzluga-mehkumdur---yuri-cayka-460081798.html
Şimali Qafqazda sabitliyi pozmaq cəhdləri uğursuzluğa məhkumdur - Yuri Çayka
Şimali Qafqazda sabitliyi pozmaq cəhdləri uğursuzluğa məhkumdur - Yuri Çayka
Sputnik Azərbaycan
Bu cür cəhdlər makroregionda yaşayan milliyyətindən və dinindən asılı olmayaraq bütün xalqların sağlam düşüncəsi və qardaşlıq birliyi hissi sayəsində məhvə... 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T14:32+0400
2023-10-30T14:32+0400
2023-10-30T14:32+0400
rusiya
rusiya
şimali qafqaz
vəziyyət
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/42292/32/422923250_0:136:3161:1914_1920x0_80_0_0_7b1ecf1b1a1c6ee9e534bc922a27b75f.jpg
BAKI, 30 oktyabr — Sputnik. Xarici kəşfiyyat xidmətlərinin Şimali Qafqazda sülh və sabitliyə nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur, Rusiya həmişə bir olub. Bunu Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Yuri Çayka bildirib. Onun sözlərinə görə, bu cür cəhdlər makroregionda yaşayan milliyyətindən və dinindən asılı olmayaraq bütün xalqların sağlam düşüncəsi və qardaşlıq birliyi hissi sayəsində məhvə məhkumdur. Səlahiyyətli nümayəndə həmçinin Yaxın Şərqdə baş verən faciəli hadisələrdən narahat olanların hamısını qanunu pozmamağa, ölkədəki sabitliyi pozmağa və Rusiya cəmiyyətində parçalanma yaratmağa hər vasitə ilə cəhd edən xarici kəşfiyyat xidmətlərinin açıq təxribatlarına uymamağa çağırıb. Xatırladaq ki, oktyabrın 29-da Mahaçqalada yerli sakinlər Təl-Əvivdən təyyarə gələndən sonra hava limanının uçuş-enmə zolağına soxulublar. Bildirilib ki, onlar, gələn İsrail vətəndaşlarını axtarırlar və bununla da iğtişaşlar başlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Dağıstanın müftisi Əhməd Abdulayev videomüraciətində yəhudilərə qarşı aksiyanı yanlış hərəkət adlandırıb və dindaşlarını sakit olmağa çağırıb. Tezliklə bölgənin hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu elan edib və Rusiya Federal Hava Nəqliyyatı Agentliyi aerodromun icazəsiz şəxslərdən təmizləndiyini açıqlayıb. Hava limanında həyəcan siqnalı verilib, bundan sonra insanlar dağılışmağa başlayıb və hava limanı bağlanıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, hava limanının müvəqqəti bağlanması şərti olaraq oktyabrın 31-dək davam edəcək. Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlara görə cinayət işi açıldığını, 150-dən çox fəal iştirakçının müəyyən edildiyini, onlardan 60-nın saxlanıldığını bildirib. Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, hava limanında baş verən hadisələr zamanı 20-dən çox insan - həm təhlükəsizlik qüvvələri, həm də mülki şəxslər xəsarət alıb: 10-dan çoxu yüngül xəsarət alıb, 10 nəfər xəstəxanaya çatdırılıb, iki nəfərin vəziyyəti son dərəcə ağırdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42292/32/422923250_216:0:2947:2048_1920x0_80_0_0_0d3128f57cc10e70586d56bec79e5da6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, şimali qafqaz, vəziyyət, yaxın şərq
rusiya, şimali qafqaz, vəziyyət, yaxın şərq
Şimali Qafqazda sabitliyi pozmaq cəhdləri uğursuzluğa məhkumdur - Yuri Çayka
Bu cür cəhdlər makroregionda yaşayan milliyyətindən və dinindən asılı olmayaraq bütün xalqların sağlam düşüncəsi və qardaşlıq birliyi hissi sayəsində məhvə məhkumdur.
BAKI, 30 oktyabr — Sputnik. Xarici kəşfiyyat xidmətlərinin Şimali Qafqazda sülh və sabitliyə nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur, Rusiya həmişə bir olub. Bunu Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Yuri Çayka bildirib.
"Rusiya və onun bütün regionları həmişə birlikdə güclü olublar. Ölkəmizin tarixi bunu sübut edib, amma dövlətimizin düşmənləri nifaq salmaq cəhdlərindən əl çəkmirlər. Onun rifahının əsasları Şimali Qafqazda sülh və sabitlikdir", – Çaykanın Telegram kanalındakı məlumatda deyilir.
Onun sözlərinə görə, bu cür cəhdlər makroregionda yaşayan milliyyətindən və dinindən asılı olmayaraq bütün xalqların sağlam düşüncəsi və qardaşlıq birliyi hissi sayəsində məhvə məhkumdur.
Səlahiyyətli nümayəndə həmçinin Yaxın Şərqdə baş verən faciəli hadisələrdən narahat olanların hamısını qanunu pozmamağa, ölkədəki sabitliyi pozmağa və Rusiya cəmiyyətində parçalanma yaratmağa hər vasitə ilə cəhd edən xarici kəşfiyyat xidmətlərinin açıq təxribatlarına uymamağa çağırıb.
"Rusiyanın keçdiyi çətin dövrdə qanunu pozmaq əlavə ağırlıq daşıyır və xüsusi nəticələrə gətirib çıxarır. İğtişaşların təşkilatçıları və iştirakçıları qaçılmaz cinayət cəzası ilə üzləşəcəklər. Yadda saxlayın: evində qarmaqarışıqlıq yaradanlar ehtiyacı olanlara kömək etmir, ancaq düşmən dəyirmanına su tökür. Bizim gücümüz ancaq birlik və harmoniyadadır! Bu, həmişə belə olub və olacaq!", - Rusiya dövlət başçısının nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, oktyabrın 29-da Mahaçqalada yerli sakinlər Təl-Əvivdən təyyarə gələndən sonra hava limanının uçuş-enmə zolağına soxulublar. Bildirilib ki, onlar, gələn İsrail vətəndaşlarını axtarırlar və bununla da iğtişaşlar başlayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Dağıstanın müftisi Əhməd Abdulayev videomüraciətində yəhudilərə qarşı aksiyanı yanlış hərəkət adlandırıb və dindaşlarını sakit olmağa çağırıb. Tezliklə bölgənin hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu elan edib və Rusiya Federal Hava Nəqliyyatı Agentliyi aerodromun icazəsiz şəxslərdən təmizləndiyini açıqlayıb. Hava limanında həyəcan siqnalı verilib, bundan sonra insanlar dağılışmağa başlayıb və hava limanı bağlanıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, hava limanının müvəqqəti bağlanması şərti olaraq oktyabrın 31-dək davam edəcək.
Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlara görə cinayət işi açıldığını, 150-dən çox fəal iştirakçının müəyyən edildiyini, onlardan 60-nın saxlanıldığını bildirib. Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, hava limanında baş verən hadisələr zamanı 20-dən çox insan - həm təhlükəsizlik qüvvələri, həm də mülki şəxslər xəsarət alıb: 10-dan çoxu yüngül xəsarət alıb, 10 nəfər xəstəxanaya çatdırılıb, iki nəfərin vəziyyəti son dərəcə ağırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.