https://sputnik.az/20231030/mahacqala-hadiseleri-qerb-kesfiyyat-xidmetlerinin-eli-ile-ukraynadan-qaynaqlanib---putin-460101756.html
Mahaçqala hadisələri Qərb kəşfiyyat xidmətlərinin əli ilə Ukraynadan qaynaqlanıb - Putin
Mahaçqala hadisələri Qərb kəşfiyyat xidmətlərinin əli ilə Ukraynadan qaynaqlanıb - Putin
Sputnik Azərbaycan
Onun sözlərinə görə, Fələstinə ancaq bu faciənin arxasında duranlarla mübarizə aparmaqla kömək etmək olar. 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T23:02+0400
2023-10-30T23:02+0400
2023-10-30T23:02+0400
rusiya
putin
mahaçqala
dağıstan
israil
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1e/460101018_0:0:3071:1728_1920x0_80_0_0_d6632e0be814d287c9740f94713118c4.jpg
BAKI, 30 oktyabr - Sputnik. Bazar günü axşam Dağıstanda baş verən hadisələr sosial şəbəkələr vasitəsilə, o cümlədən Ukraynadan, Qərb kəşfiyyat orqanlarının əli ilə ilhamlanıb. Belə bir bəyanatla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında baş verən hadisələrdən sonra geniş iclas keçirir.RF lideri bildlrib ki, bu gün Ukrayna hakimiyyəti öz Qərb himayədarlarının rəhbərliyi altında Rusiyada qırğınları qızışdırmağa çalışır. Dövlət başçısı qeyd edib ki, Şimali və Şərqi Qafqaz yəhudilərinə - tatlara hücum etməklə Fələstinə və onların ailələrinə kömək etmək mümkün deyil."Yeri gəlmişkən, bu, Dağıstanda titullu millətdir", - deyə Rusiya prezidenti əlavə edib.Onun sözlərinə görə, Fələstinə ancaq bu faciənin arxasında duranlarla mübarizə aparmaqla kömək etmək olar.“Biz Rusiyayıq və xüsusi hərbi əməliyyat çərçivəsində onlarla mübarizə aparırıq. Həm özümüz üçün, həm də əsl həqiqi azadlıq uğrunda mübarizə aparanlar üçün”, - deyə Putin izah edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1e/460101018_340:0:3071:2048_1920x0_80_0_0_be1a3c8a632c43dc8510de9c5bd73ef5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, mahaçqala, dağıstan, israil, ukrayna
putin, mahaçqala, dağıstan, israil, ukrayna
Mahaçqala hadisələri Qərb kəşfiyyat xidmətlərinin əli ilə Ukraynadan qaynaqlanıb - Putin
Onun sözlərinə görə, Fələstinə ancaq bu faciənin arxasında duranlarla mübarizə aparmaqla kömək etmək olar.
BAKI, 30 oktyabr - Sputnik. Bazar günü axşam Dağıstanda baş verən hadisələr sosial şəbəkələr vasitəsilə, o cümlədən Ukraynadan, Qərb kəşfiyyat orqanlarının əli ilə ilhamlanıb. Belə bir bəyanatla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında baş verən hadisələrdən sonra geniş iclas keçirir.
“Dünən gecə Mahaçqalada baş verən hadisələr başqa şeylərlə yanaşı, sosial şəbəkələrdən də ilhamlanıb. Nəhayət, Ukrayna ərazisindən. Qərb kəşfiyyat orqanlarının əli ilə”, - deyə Putin Dağıstandakı vəziyyətlə bağlı görüşdə bildirib.
RF lideri bildlrib ki, bu gün Ukrayna hakimiyyəti öz Qərb himayədarlarının rəhbərliyi altında Rusiyada qırğınları qızışdırmağa çalışır. Dövlət başçısı qeyd edib ki, Şimali və Şərqi Qafqaz yəhudilərinə - tatlara hücum etməklə Fələstinə və onların ailələrinə kömək etmək mümkün deyil.
"Yeri gəlmişkən, bu, Dağıstanda titullu millətdir", - deyə Rusiya prezidenti əlavə edib.
Onun sözlərinə görə, Fələstinə ancaq bu faciənin arxasında duranlarla mübarizə aparmaqla kömək etmək olar.
“Biz Rusiyayıq və xüsusi hərbi əməliyyat çərçivəsində onlarla mübarizə aparırıq. Həm özümüz üçün, həm də əsl həqiqi azadlıq uğrunda mübarizə aparanlar üçün”, - deyə Putin izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.