QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Delimitasiya tərəflərin təsiri altında olmayan mənbəyə istinadən aparılmalıdır - Paşinyan

© Sputnik / Михаил МетцельErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Emənistan baş naziri bildirib ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.
BAKI, 30 oktyabr — Sputnik. Ermənistan sülh müqaviləsinin inkişafı çərçivəsində Azərbaycanla üç əsas prinsip üzrə razılığa gəlib. Sputnik Ermənistanın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan birinci prinsip kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasını göstərib. Onun sözlərinə görə, Bakı 29,8 min kvadratmetr km ərazisi olan Ermənistanı, İrəvan isə 86,6 min kvadratmetr km. sahəsi olan Azərbaycan ərazisini tanıyır.

"Bu rəqəmlərin dəqiqliyi tənqidə səbəb olur. Dəqiq rəqəmlərə ənənəvi inamsızlıq burada da işləyir. Siyasi müstəvidə razılıq əldə olunub. Və ideya tərəflərin təsiri altında olmayan mənbəyə istinad etməkdən ibarət idi. Eyni zamanda tərəflər başa düşdülər ki, bu mənbə əsasında sərhədin demarkasiyası və delimitasiyası aparılacaq", - "Sputnik Ermənistan" baş nazirin sözlərindən sitat gətirib.

Paşinyan bildirir ki, ikinci prinsip Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəlməklə bağlıdır. Yəni, tərəflər bundan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.
O, bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olmasının vacib olduğunu vurğulayıb. Baş nazir əlavə edib ki, onlar mövcuddur.
Onun sözlərinə görə, üçüncü prinsip, keçdiyi ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0