Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dağıstandakı iğtişaşlar xaricdən planlaşdırılan təxribatın nəticəsidir - Zaxarova

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
XİN rəsmisinin sözlərinə görə, iğtişaşlar Rusiyada daxili siyasi vəziyyəti pozmaq üçün dəfələrlə açıq-aşkar ekstremist və terrorçu üsullara əl atmış şəxsləri ruhlandırıb.
BAKI, 30 oktyabr — Sputnik. Moskva əmindir ki, Mahaçqala hava limanında baş verən iğtişaşlar kənardan təşkil edilmiş planlı təxribatdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Dağıstan Respublikasında baş verən kütləvi iğtişaşlar Rusiya Federasiyası xalqının ahəngdar inkişafına və etno-konfessional birliyinə xələl gətirmək məqsədi daşıyan və planlı həyata keçirilən xarici təxribatın nəticəsidir", - o, jurnalistlərə bildirib.

Zaxarovanın sözlərinə görə, iğtişaşlar Rusiyada daxili siyasi vəziyyəti pozmaq üçün dəfələrlə açıq-aşkar ekstremist və terrorçu üsullara əl atmış şəxsləri ruhlandırıb.
Diplomat qeyd edib ki, iğtişaşların törədilməsində "birbaşa və əsas rol cinayətkar Kiyev rejiminə həvalə edilib, o da öz növbəsində orada məskunlaşan bədnam rusofobların əli ilə hərəkət edib.
Zaxarova əmindir ki, Rusiya rəhbərliyinin operativ və birmənalı reaksiyası, daxili hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş, aydın və mütənasib hərəkətləri Rusiyada çaşqınlıq və nifaq salmağa ümid edənlərin hamısına birmənalı cavabdır.
Bundan əvvəl Rusiya İstintaq Komitəsi bildirmişdi ki, oktyabrın 29-da axşam saatlarında naməlum şəxslər Mahaçqalanın Uytaş hava limanı ərazisində olub, onların hərəkətləri iğtişaşlar və zorakılıqla müşayiət edilib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərilib. Ətrafdakı insanlar üçün təhlükə yaradan şəxslər hava limanının mühafizə zonasına daxil olub, sonra isə uçuş-enmə zolağına daxil olub, orada soyğunçuluq törədiblər.
Kütləvi iğtişaşlar maddəsi ilə cinayət işi açılıb. Daxili İşlər Nazirliyi iğtişaşların 150-dən çox fəal iştirakçısının müəyyən edildiyini, onlardan 60-nın saxlanıldığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0